Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Retro” istirahət mərkəzində qadını öldürən şəxs özünü qismən təqsirli bilib

“Retro” istirahət mərkəzində qadını öldürən şəxs özünü qismən təqsirli bilib

Date: 11 November 2016 12:27

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
E.Əhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.
Daha sonra zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, həmin şəxs məhkəməyə məktub göndərib: "O, təqsirləndirilənin dindirilməsinin özünün də iştirakı ilə keçirilməsini istəyir. Buna görə də Elməddin Əhmədovun dindirilməsi saxlanılır".
Məhkəmənin baxış iclası noyabrın 17-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini E.Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.
Sumqayıt Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan E.Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.


Tags:  Retro istirahət mərkəzində qadını öldürən şəxs özünü qismən təqsirli bilib

RƏYLƏR


Top news