Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şaban"ın doğum günüdür - FOTO

"Şaban"ın doğum günüdür - FOTO

Date: 11 November 2016 12:32

Bu gün Türkiyənin əfsanəvi aktyoru Kamal Sunalın doğum günüdür. 

Milli.Az xəbər verir ki, Əli Kamal Sunal 1944-cü il noyabrın 11-də İstanbulda anadan olub. 

İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır. Kamal Sunalın Cəmil Sunal və Çingiz Sunal adında iki qardaşı var.

O, hәyatı boyunca 82 filmdә rol alıb. İlk çəkildiyi film 1972-ci ildә "Şirin dillim" filmi olub, 1974-cü ildә "Salako" filmindә baş rola çəkilib. Әn son filmi 1999-cu ildә "Tәbliğat" filmi olub. O, 1977-ci ildә Qapıçılar kralı roluna görə "Qızıl portağal" mükafatına layiq görülüb.

O, 2000-ci ildə 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamal Sunal kinolardakı Şaban obrazı ilə məşhurlaşıb.

Milli.Az

















































Tags:  Şabanın doğum günüdür FOTO

RƏYLƏR


Top news