Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni virus 1 milyondan çox “Android” smartfonunu təhdid edir

Yeni virus 1 milyondan çox “Android”  smartfonunu təhdid edir

Date: 11 November 2016 12:35

"Android" mobil əməliyyat sistemi ilə işləyən 1 milyondan çox smartfon "Google Play" internet mağazasında yayılmış "Android.MulDrop.924" troyanına yoluxub. "Doktor Veb" şirkətinin analitiklərinin məlumatına görə, zərərli proqram təminatı istifadəçidən xəbərsiz tətbiqlər yükləyir, onları quraşdırmağı təklif edir, zəhlətökən reklam göstərir.

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, zərərli proqram təminatı eyni anda oyun və başqa tətbiqlərdə bir neçə hesabdan istifadəyə imkan verən "Multiple Accounts: 2 Accounts"  proqramında aşkar edilib. Sözügedən tətbiq öz funksiyalarını yerinə yetirsə də, amma cihaza zərər  vurur.
Troyan, hər şeydən əvvəl, istifadəçidən xəbərsiz kənar proqramlar yükləyir. Mobil internetdən istifadə zamanı kifayət qədər çoxlu pul xərclənir. Bundan başqa, zərərli proqram zəhlətökən reklam göstərir.

Emil Hüseynov



Tags:  Yeni virus milyondan çox Android smartfonunu təhdid edir



RƏYLƏR


Top news