"İbrahimoviçsiz İsveç millisi zəifləyib"

"İbrahimoviçsiz İsveç millisi zəifləyib"
12:37 11 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2018-in seçmə mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis Zlatan İbrahimoviçin gedişindən sonra İsveç yığmasının əvvəlki komanda olmadığını qeyd edib:

"İbrahimoviçsiz İsveç əvvəlki komanda deyil. Hamı İbranın meydandakı rolunu bilirdi. O, meydanda olarkən hər şey fərqli idi. Bütün komanda Zlatana güvənirdi. Düzdür, indi də İsveç yığmasının hücum xəttində təhlükəli futbolçular var. Lakin hesab edirəm ki, əvvəlki İsveç millisi daha güclü komanda idi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR