Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tramp əslən Qarabağdandır? – Sarkisyanın məktubu

Tramp əslən Qarabağdandır? – Sarkisyanın məktubu

Date: 11 November 2016 12:38

ABŞ-da Donald Tramp prezident seçiləndən sonra Ermənistan prezidenti Serj Sarkisyan yeni yalan uydurub.

Publika.az
xəbər verir ki, S.Sarkisyan Trampa təbrik məktubunda onun Qarabağ ermənisi olduğunu uydurub.

Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, Ermənistan prezidenti təbrik məktubunda Trampın Qarabağ ermənisi olduğuna işarə vurub: “Sarkisyan məktubunda qeyd etdi ki, Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın əhəmiyyətli rolunu yüksək qiymətləndirir. Həmçinin, o, Donald Trampın əcdadlarının Dağlıq Qarabağdan olmasının da münaqişənin həllinə töhfə verəcəyi ümidlərini artırdığını bildirib”.

Ermənilərin indiyə qədər bu kimi hiylələrə əl atdığı dəfələrlə müşahidə olunub. Görünür, Serj Sarkisyan da öz əcdadlarının yolunu davam etdirir.

Asif


Tags:  Tramp əslən Qarabağdandır Sarkisyanın məktubu

RƏYLƏR


Top news