Bir sıra otellərə "ulduz" verildi - SİYAHI

Bir sıra otellərə "ulduz" verildi - SİYAHI
12:42 11 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.

Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən aşağıda adları qeyd olunan 5 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:

1. "Staybridge Suites Baku" - 4 ulduz superior
2. "Neapol" - 4 ulduz
3. "Baku İnn Hotel" - 4 ulduz
4. "Xan Lənkəran" - 4 ulduz
5. "Manor" - 3 ulduz

Qeyd edirik ki, hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR