Xəstəliklərin cavanlaşmasına səbəb nədir?

Xəstəliklərin cavanlaşmasına səbəb nədir?
12:42 11 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin baş terapevti, professor Yaqub Qurbanov APA-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir:

- Terapevt-həkim deyərkən ilk olaraq nə nəzərdə tutulur və terapiyaya hansı xəstəliklər aid edilir?
 
- Terapiya klinik təbabətin əsasını təşkil edən elmdir. Səhiyyə yaranandan yalnız terapiya, yəni, daxili orqanların xəstəlikləri ilə məşğul olan elm mövcud olub. Bu sahə ürək, qan-damar, tənəffüs, həzm sistemi və digər orqanların funksional və üzvi dəyişikləri ilə məşğul olur. Bu elm getdikcə inkişaf edib, illər ərzində terapiya sahəsində əldə olunan yeni informasiyalar əsasında ayrı-ayrı sahələr yaranıb. Nəticədə ayrı-ayrı orqanları öyrənən məxsus mütəxəssislər meydana çaxıb. Amma ümumilikdə həkim-terapevt klinisist kimi həlledici rola malikdir. Terapevt bütün orqanların fəaliyyətini, onların bir-biri ilə əlaqəsini, biri xəstə olduqda digərinə necə təsir etdiyini bilməsə, müalicə edə bilməz. Çox təəssüflər olsun ki, həkimlər bunu həmişə nəzərə almırlar. Xüsusilə ayrı-ayrı ixtisasları seçən gənclər müəyyən orqanın müayinə və müalicəsi ilə məşğul olur, amma digər orqanlar haqqındakı yeniliklərlə maraqlanmırlar. Ona görə də bəzən müalicələrin effekti olmur. Çünki bir orqanın müalicəsi zamanı onun digər orqanlarla vəhdəti və təsirləri nəzərə alınmalıdır. Terapevtin dünyagörüşü o qədər geniş olmalıdır ki, bütün biliklərini fərdi olaraq hər bir şəxsə uyğun tətbiq etməyi bacarsın. Bu nöqteyi-nəzərdən həkimlərdə bəzən müəyyən çatışmazlıqlar olur.
 
Terapiyanın bölünməsi, şaxələnməsi bir tərəfdən yaxşıdır. Digər tərəfdən, gənclərin yalnız bir sahəyə üstünlük verməsi mənfi cəhətlərdən biridir. Müalicə prinsiplərinə gəlincə, terapevt bütün orqanların müalicə prinsipləri barədə məlumata malik olmalı və bunu təcrübədə tətbiq etməyi bacarmalıdır.
  
- Bir çox hallarda insanların səhhətində hər hansı narahatlıq olduqda ilk növbədə terapevtə müraciət etməyin lazım olduğu bildirilir. Müayinə və analizlər aparıldıqdan sonra terapevt xəstəni digər mütəxəssislərin müayinələrinə göndərə bilər. Bu fikirlər doğrudurmu, həqiqətənmi bütün narahatçılıqlarda ilk müraciət terapevtə olunmalıdır?
 
- Bu gün Azərbaycanda xeyli sayda terapevt və sahə həkimləri çalışır. Şübhəsiz ki, hər hansı bir insanda bu və ya digər narahatlıq olanda ilk növbədə terapevtə müraciət edir. O da öz növbəsində geniş dünyagörüşünə malik olmalı və klinikanı yaxşı bilməlidir. Xəstəliklərin simptomlarının təxminən eyni və oxşar olmasına baxmayaraq ağıllı, təfəkkürlü terapevt xəstənin düzgün müayinəsini apardıqdan sonra yönləndirməlidir.
 
"Güclü mütəxəssislərlə yanaşı, öz üzərində işləməyən, işinə laqeyd olan həkimlərimiz də var"
 
Əgər xəstədə terapevtə aid simptomlar olarsa, müalicə aparılır. Yox, əgər terapevt düzgün müayinə aparandan sonra xəstədə terapevtik xəstəlikdən kənarda başqa xəstəliyin əlamətinə oxşarlıq hiss etdikdə həmin ixtisas üzrə konsultasiyaya göndərir. Xəstənin taleyi xüsusilə ilk müraciət etdiyi həkimdən asılıdır.
 
Poliklinika, klinikalarda çalışan terapevt yüksək intellektual biliyə, təhsilə və dünyagörüşünə malik olan həkim olmalıdır.
  
- Bugünkü terapevtlərin səviyyəsi sizi qane edirmi?
 
- Deyərdim ki, bu gün bizim güclü həkimlərlə yanaşı, zəif, öz üzərində işləməyən, işinə laqeyd olan həkimlərimiz də var. Həkimlərin biliyini artırmaq üçün 5 ildən bir onların sertifikasiyası keçirilir. Bunun üçün həkim 5 ildən bir yenidən ixtisasını təsdiq etməlidir və işinə davam etməlidir. Mən hesab edirəm ki, bu kifayət etmir.
 
Son illər instrumental müasir laborator müayinə metodları günü-gündən inkişaf edir.  Bütün bunlar bəzi həkimləri öz  həkimlik təfəkküründən kənarlaşdırır. Həkim yanına gələn xəstəni ilkin olaraq hansısa laborator müayinədən keçməyə göndərir. Əslində isə bu düzgün deyil. Müasir diaqnostik üsulların inkişaf etməsinə baxmayaraq, xəstənin sağlamlığında həkim təfəkkürü, klassik həkim müayinəsi məsuliyyət daşıyır. Həkim xəstəni ilkin müayinə etdikdən sonra laborator müayinəyə göndərməlidir. Onu aradan qaldırmaq üçün ilk növbədə həkim məsuliyyətini artırmaq lazımdır.
 
  
- Son illər terapiya sahəsi üzrə ən geniş yayılan xəstəliklər hansılardır?
 
- Bu sahə üzrə bütün zamanlarda ürək-damar sistemi xəstəlikləri daha geniş yayılıb və cavanlaşan xəstəliklərdir. Son illər işemik xəstəliklər, qan təzyiqinin yüksəlməsi-hipertenziya geniş yayılıb. Bu problemlərə getdikcə cavanlar arasında rast gəlinir. Kişilərdə daha çox müşahidə olunur.
 
Hipertenziya qadınlarda menopauza  dövrünə qədər kişilərdən az olur. Bu dövrdən sonra qadınlarda bu xəstəlik artır və say kişilərlə bərabərləşir. Bunun da səbəbi qadınlarda müəyyən hormonların qoruyucu funksiya daşımasıdır.
 
Fəsli xarakter daşıyan xəstəliklərdə var. Məsələn payız-qış aylarında ağciyər, yuxarı tənəffüs orqanlarının xəstəlikləri, qrip, kəskin bronxit, pnevmaniyalara çox rast gəlinir. İnsanların həyat tərzi, qida məhsullarının keyfiyyətsiz olması mədə, həzm sistemi xəstəliklərinin geniş yayılmasında özünü göstərir. Xüsusilə, mədə xorası, qastrit, bağırsaq funksiyasının pozulması halları artıb. Müxtəlif ziyanlı məhsulların qəbulu, rejimin pozulması, gigiyenanın gözlənilməməsi xəstəliklərin inkişafına səbəb olur. Bundan əlavə, xəstəliklərin yaranmasında irsi meyllik də mühüm rol oynayır. Ayrı-ayrı xəstəliklərin özünəməxsus yaranma və inkişaf mexanizmi var. 
 
- İqlim dəyişikliyi, qidaların keyfiyyətsiz olması xəstəliklərin cavanlaşmasına nə kimi təsir göstərir?
 
- Bu səbəblər son illər bütün  növ xəstəliklərin cavanlaşmasına səbəb olub. İnsanın tam sağlam olması üçün birinci növbədə orqanizmin anatomik-fizioloji tamlığı lazımdır. İkinci, həmin orqanizm xarici mühitin təsirlərinə adaptasiya olma qabiliyyətinə malik olmalı və buna uyğun tez dəyişməlidir. Üçüncüsü isə sağlamlıq insanın əhval-ruhiyyəsindən asılıdır. Bu 3 hal sağlamlığı təşkil edir.
 
Müasir gənclərin bacarmadığı işlərdə çalışması, xarici mühitin təsirlərinə düşməsi, orqanizm üçün lazım olmayan bəzi vərdişlərə yiyələnməsi də orqanizmə  öz mənfi təsirlərini göstərir.
   
- Bu gün ölkədə qriplə bağlı vəziyyət necədir?
 
- Payız, qış və yaz aylarında orqanizmdə müəyyən dəyişiklər getdiyinə görə müqavimət azalır. Buna görə də qrip virusları orqanizmə daha tez təsir göstərə bilir. Bu nöqteyi-nəzərdə qripə yoluxma hallarında artım müşahidə olunur. Müraciətlərin sayında da artım qeydə alınır.
 
- Bu sahə üzrə tibb təhsilinin bugünkü vəziyyəti sizi qane edirmi?
 
- Mən uzun illərdir ki, Tibb Universitetində çalışıram. Klinikada həkim hazırlığında ən mühüm rol oynayan fənn "Daxili xəstəliklərin propedevtikası" fənnidir. Həkim diaqnozu qoya bilməsə, onun müalicəsini aparmaq mümkün olmaz. Əgər tələbə bu fənni hərtərəfli öyrənməsə sonrakı həkimlik fəaliyyətində müəyyən problemlər olar.
 
Fikrimcə, test səhiyyədə, həkimin yetişməsində hansısa rol oynamır. Həkim diskussiyada, müəllimlə-klinisistlə üzbəüz müzakirələrdə yetişə bilər. Testlə yanaşı, tələblər üzbəüz diskussiya etməli, suallara cavab verməlidirlər. Bu halda onların təfəkkürü, dil qabiliyyəti də artır.
 
  
- Tələbələrin yaxşı səviyyədə hazırlanmasında müəllimlərin də rolu böyükdür. Müəllimlər özləri müasir tələblərlə ayaqlaşa bilirlərmi?
 
- Təbii ki, bu gün tələbənin hazırlanmasında ən böyük məsuliyyət müəllimin üzərinə düşür. Tədris prosesi, tələbə məsuliyyəti, müəllimin savadı və məsuliyyəti, mövcud şəraitdən asılıdır. Bunlar olmadan tələbə yetişməz və nəticə əldə etmək olmaz. Bəzi müəllimlər özləri belə kitabdan çəkinir, axıra qədər geniş məlumatı hazırlayıb tələbələrə konkret formada çatdıra bilmir və yaxud çatdırmaq istəmirlər. Müəllim tələbəyə hansısa mövzunu elə izah etməlidir ki, tələbə kitaba bağlansın. Müəllim predmeti, fənni yüksək səviyyədə öyrənməli, kitabdan aldığı məlumatları tələbəyə necə çatdırmalı olduğunu bilməlidir. Bəzi tələblərdə və müəllimlərdə kitaba həvəs yoxdur.
 
- Bu gün bir çox ölkələrində ailə həkimləri var. Bu həkimlərə bütün ailə üzvləri səhhətlərində istənilən problem olduqda müraciət edir. Gələcəkdə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və ailə həkimlərinin formalaşması terapevtlərin işinə hər hansı bir problem yarada bilərmi?
 
- Gələcəkdə icbari tibbi sığortanın tətbiqi zamanı savadlı həkimin olması vacibdir. Ailə həkimlərinin nəzəri bilikləri olmalı, orqanizmdə gedən prosesləri, xəstəliklərin əmələ gəlmə mexanizmi və inkişaf dövrünü yaxşı bilməlidir. Bu isə bir qədər mürəkkəb işdir və yüksək məsuliyyət, savad tələb edir.
 
Amma ümumilikdə ailə həkimlərinin formalaşması terapevtlərin işinə hər hansı bir problem yarada və ya mane ola bilməz. Əksinə, ailə həkimləri terapiyanı daha yaxşı bilməlidir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hindistanda çox geniş malikanə - FOTO

24 May 2017 06:32

Britaniyada asayişi hərbçilər qoruyacaq

24 May 2017 06:29

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi

24 May 2017 06:28

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

24 May 2017 06:08

Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

24 May 2017 06:02

Fələstin İsraillə danışıqlara hazırdır

24 May 2017 05:59

Melanya Tramp yenə ərini pərt etdi

24 May 2017 05:39

Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar

24 May 2017 05:37

Yeni parfüm - FOTO

24 May 2017 05:32

Londonda ən yüksək terror təhlükəsi elan edilib

24 May 2017 05:22

Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi

24 May 2017 04:34

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara tapıldı

24 May 2017 04:33

Gözəl Emili - FOTO

24 May 2017 04:32

Ağ Ev: Terrorizmə qarşı koalisiya bütün dinlərin vəzifədir

24 May 2017 04:29

ABŞ raket müdafiə sisteminə 10 mlrd. dollar ayırır

24 May 2017 04:09

"28 May" metrostansiyası qarşısında bıçaqlanma olub

24 May 2017 04:07

Zəvvarları daşıyan avtobus qəzaya uğradı:

24 May 2017 03:41

9 minə yaxın “Jeep” geri çağırıldı - SƏBƏB?

24 May 2017 03:33

Helena yaya hazırlaşır - FOTO

24 May 2017 03:32

Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

24 May 2017 02:42

Ağcabədidə traktor yanıb

24 May 2017 02:36

İran saytında Bakı haqqında FOTOSESSİYA

24 May 2017 02:33

Küllücə tufliləri - FOTO

24 May 2017 02:32

Rusiyaya səfərini yarımçıq qoyacaq -

24 May 2017 02:32

28 May-Respublika Günü Tehranda qeyd edildi

24 May 2017 02:24

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

24 May 2017 02:12

ÜST-ə yeni rəhbər gəldi

24 May 2017 02:04

Ağcabədidə traktor yanıb

24 May 2017 01:54

Putin Filippin prezidenti ilə görüşür

24 May 2017 01:50

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

24 May 2017 01:47

“Beynəlxalq Bank 2018-ci ildən tez özəlləşdirilməyəcək” -

24 May 2017 01:41

Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddə qaldırılıb

24 May 2017 01:32

Ən məşhur moda şousunun qonaqları - FOTO

24 May 2017 01:32

Keçmiş arvadının evini yandıran ər: “Həmişə içkili oluram...” - FOTO/VİDEO

24 May 2017 01:28

"Mançester Yunayted" ulduz futbolçuya görə illik 14 milyonundan keçməyə hazırdı

24 May 2017 01:28

Quba sakinlərini hamamda boğub, cəsədlərini çaya atdılar - FOTO

24 May 2017 01:03

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara aşkarlanıb

24 May 2017 00:57

Ermənistanın təhlükəsi yenidən Avropanın diqqət mərkəzində

24 May 2017 00:49

Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

24 May 2017 00:47

Venesuelada prezidentə qarşı etiraz aksiyalarında ölənlərin sayı 55-ə çatıb

24 May 2017 00:42

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 00:37

Cənubi Koreya-Şimali Koreya sərhədində silah səsləri eşidildi

24 May 2017 00:26

Biləsuvar RMX-nın baş həkimi işdən azad olundu

24 May 2017 00:24

123 mərtəbəli göydələndə dəhşətli anlar - VİDEO

24 May 2017 00:23

Afaq, Nərgiz və Tolik Bodrumda dincəlir - FOTO

24 May 2017 00:12

Astroloji proqnoz - 24 may

24 May 2017 00:08

Əlidən etiraf: "Kaş ki..." - VİDEO

24 May 2017 00:05

Günün qoroskopu: əsəb sisteminizə çox yük düşür

24 May 2017 00:05

Birmingemdə aksiya zamanı əlində bıçaq və dəyənək olan şəxs saxlanılıb

23 May 2017 23:57

Üz üçün “Minus 10" maskası

23 May 2017 23:57