Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

422 min manat pul "atan" qadınlara AĞIR CƏZA tələbi

422 min manat pul "atan" qadınlara AĞIR CƏZA tələbi

Date: 11 November 2016 12:49

Dələduzluqda təqsirləndirilən qadınların cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən məhkəmə istintaqı başa çatıb. Prokuror çıxışında Asya Hüseynovaya 10 il, zamində olan Sevinc Orucovaya 10 il, Könül Əliyevanın isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər Proses noyabrın 18-də davam edəcək.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər kustar üsulla hazırlanmış saxta qızılları girov qoyaraq dələduzluq yolu ilə Səmayə Hüseynovanın ümumilikdə 380 min manat, Gülşən İmranovanın isə 42 min manat nəğd pulunu ələ keçiriblər. Könül Əliyeva və Sevinc Orucova barəsində həbs qətimkan tədbiri seçilməyib.


Tags:  422 min manat pul atan qadınlara AĞIR CƏZA tələbi


RƏYLƏR


Top news