Dollarla ev alanlara ŞAD XƏBƏR

Dollarla ev alanlara ŞAD XƏBƏR
12:53 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“Hazırda daşınmaz ənlak bazarına qısamüddətli və orta müddətli amillər təsir edir. Hər ikisi də bazar üçün neqativdir”.

Bunu Publika.az-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev söyləyib.

O deyib ki, ortamüddətli təsir hazırda makroiqtisadi vəziyyətlə bağlıdır:

“Burada da hələ ki əhəmiyyətli normallaşma gözlənilmir. Sözsüz ki, neftin qiymətinin əhəmiyyətli artımı daşınmaz əmlak bazarında surprizə səbəb ola bilər. Qısamüddətli amillər isə bir-birinə zidd təsirlər göstərir. Son günlərin ən başlıca amili manatın dollar qarşısında zəifləməsidir. Bu isə bazar iştirakçılarında - həm alıcılarda, həm də satıcılarda müəyyən çaşqınlıq yaradır”.

Ekspert deyir ki, əmlak alanların əksəriyyətinin vəsaitləri dollarladır:

“Alqı-satqı həyata keçirmək üçün alıcı manatı dollara çevirməli, sonra satıcının hesabına qoymalıdır”.

R.Əliyev bildirir ki, manatın zəifləməsi qiymətlərin gələcəkdə dollarla düşməsinə işarə edir. Dolları olan alıcılar üçün isə bu tələsməməyə işarədir:

“Daşınmaz əmlakın qiyməti valyuta bazarındakı vəziyyətdən asılıdır. Dollarla düşmə ehtimalı çox yüksəkdir. Manatla ifadədə isə mənzillərin qiymətinin azalması ehtimalı azdır”.

Leyla


Xəbərin orijinal ünvanı: http://publika.az/news/emlak/175534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR