DYP sürücülərə 61 milyon manatlıq cərimə kəsdi

DYP sürücülərə 61 milyon manatlıq cərimə kəsdi
13:03 11 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-sentyabr aylarında yol-hərəkəti qaydaları əleyhinə 2231,6 min və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çox inzibati xəta aşkarlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, xətaların 51,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblərlə əlaqədardır. Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilib. (Apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR