Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Facebook" və "Twitter"dən seçki rekordu

"Facebook" və "Twitter"dən seçki rekordu

Tarix: 11 Noyabr 2016 13:05

ABŞ-da prezident seçkilərinin keçirildiyi 8 noyabrda "Facebook" sosial şəbəkəsi və "Twitter" mikrobloqunda istifadəçi fəallığı rekordu qeydə alınıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Facebook" və "Twitter"in yaydığı məlumatda bildirilir. 

Məlumata əsasən, noyabrın 8-i "Twitter"də seçki mövzusunda 75 milyon "tvit" yazılıb. Bu yalnız amerikalı istifadəçilərin "tvit"lərinin sayıdır. Müqayisə üçün deyək ki, 4 il bundan əvvəl - 2012-ci il seçkilərində "Twitter" istifadəçiləri bu mövzuda iki dəfə az "tvit" paylaşıblar. Bu zaman bu rəqəm 31 milyon təşkil edib. 

"Facebook"da isə prezident seçkiləri 115 milyon amerikalı tərəfindən müzakirə olunub. Bu da rekord hesab olunur. 

Milli.Az


Teqlər:  Facebook Twitterdən seçki rekordu



RƏYLƏR


Top xəbərlər