"Azərbaycanı əliboş yola salmalıyıq"

"Azərbaycanı əliboş yola salmalıyıq"
13:12 11 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

"Ağır zədədən sonra artıq özümə gəldiyimi deyə bilərəm. Hər oyunda olduğu kimi, Azərbaycana qarşı da 90 dəqiqə mübarizə aparmağa hazıram".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Kris Brant deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisini qəbul edəcək britaniyalılarda 31 yaşlı futbolçunun start heyətində yer alması gözlənilir. Ağır zədə ucbatından yayda Fransada keçirilən Avropa çempionatını buraxan Brant milli forma altında yenidən meydana çıxmaq əzmindədir.
 
Yerli mətbuata danışan "Vest Bromviç" klubunun üzvü hədəflərinin "Vindzor Park"da 3 xal qazanmaq olduğunu bildirib: "Milli karyeramı bitirmək barədə düşünə bilərəm. Amma bu barədə qərarı dünya çempionatından sonraya saxlamışam. Hazırda yığma formasını geyinməkdə davam etdiyim üçün müasir futbolun tələblərinə cavab verməliyəm. İndi bütün diqqətimi Azərbaycanla matça yönəltmişəm. Ümid edirəm ki, öz azarkeşlərimiz önündə qələbə qazanaraq, hazırkı hədəfimiz olan ikinci pilləni ələ keçirəcəyik. Oyun Belfastda keçirildiyindən, qələbə bizim üçün daha önəmlidir. Uzun müddətdir ki, bu stadionda məğlub olmuruq. Bu seriyanı davam etdirməliyik. Qrupdakı vəziyyətimizi yaxşılaşdırmaq üçün Azərbaycanı əliboş yola salmalıyıq".
 
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR