Azərbaycan damaçıları Tbilisidə Avropa çempionatında iştirak edir

Azərbaycan damaçıları Tbilisidə Avropa çempionatında iştirak edir
13:37 11 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

Tbilisi. 11 noyabr. REPORT.AZ/ Tbilisidə dama üzrə Avropa çempionatı keçirilir. 
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan beynəlxalq turnirdə 4 idmançı - Aslan Aslanlı, Famil Kamilli, Vəfa Aslanova və Leyla Sadıqlı ilə təmsil olunur.
Çempionatın təşkilatçısı, Beynəlxalq Dama Federasiyasının baş katibi, dünya çempionu, beynəlxalq dərəcəli qrossmeystr Antonina Langina "Report"a açıqlamasında deyib ki, idmançılar əsasən 3 növdə - standart, cəld və blits-dama növləri üzrə mübarizə aparacaqlar: "Turnirdə 20-yə yaxın ölkədən 60-dan çox idmançı mübarizə aparır. Çempionatda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq".
Onun sözlərinə görə, mükafat fondi 30 min avro olan turnir noyabrın 20-də başa çatacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-damacilari-tbiliside-avropa-cempionatinda-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR