Azərbaycanda idman yarışlarını manipulyasiya edənlərə ağır cəza veriləcək

Azərbaycanda idman yarışlarını manipulyasiya edənlərə ağır cəza veriləcək
13:42 11 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanda idman yarışlarını manipulyasiya edənlər üç ildən altı ilədək müddətə azadlıqdan mərhum ediləcək.
"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Cinayət Məcəlləsinin dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəza nəzərdə tutulub.
Bundan başqa, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.
Bu əməllər təkrar törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılacaq.
İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onlar özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etməyə görə üç ilədək müddətə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.
Layihəyə əsasən, bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/azerbaycanda-idman-yarislarini-manipulyasiya-edenlere-agir-ceza-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR