Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

QORXUDAN rəqəmlər: "Hətta bir yaşında da uşaqlarda bu xəstəlik olur"

QORXUDAN rəqəmlər: "Hətta bir yaşında da uşaqlarda bu xəstəlik olur"

Date: 11 November 2016 13:47

"Son hesablamalara görə, Azərbaycanda 212 min 577 nəfər şəkərli diabetli xəstə rəsmi qeydiyyatdadır. Onlardan 28 924 nəfəri I tip, 183 653 nəfəri isə II tip şəkərli diabetli xəstədir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babek Salek jurnalistlərə deyib.

Onun sözlərinə görə, I tip şəkərli diabet xəstələrinin 1 150 nəfərini uşaqlar təşkil edir. Onların 99 faizi insulindən asılı formadadır.

B.Salek deyib ki, dünyada hazırda 415 milyona yaxın şəkərli diabetli xəstə insan var. 2040-cı ildə bu sayın 642 milyon olacağı güman edilir:

"Xəstələrin sayında artım müşahidə olunur. Dünyada bu gün 500 mindən artıq uşaq I tip şəkərli diabetlə xəstədir. Əvvəllər II tip xəstəliyə 45-50 yaş arasında rast gəlinirdisə, indi 30 yaşda olan insanlarda da bu xəstəliyə rast gəlinir. Hətta bir yaşında da uşaqlarda bu xəstəlik olur".

B.Salek deyib ki, dünyada 46,5 faiz insanın (yəni hər iki nəfərdən biri) öz xəstəliyindən xəbəri yoxdur. Hər 7 doğuşdan biri hestasion şəkərli diabeti olan hamilə qadınlar olur.

B.Salekin sözlərinə görə, diabetin göz, qan - damar, böyrək, sinir, sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır: "Korluq, infarkt miokard, insult, böyrək hemodializ, ayaq amputasiyası erkən əlilliyə və hətta ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qan - damar xəstəliyindən və insultdan 2-3 dəfə, korluqdan 10 dəfə, nefropatiyadan 12-15 dəfə və s. ölüm halı müşahidə edilən bilər. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və müdaxilə korluğun qarşısını ala bilər. Şəkərli diabet zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətindən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır".

Milli.Az


Tags:  QORXUDAN rəqəmlər yaşında uşaqlarda bu xəstəlik olur

RƏYLƏR


Top news