"Deyirlər ki, kostyumunuzu verin, toya geyinək"

"Deyirlər ki, kostyumunuzu verin, toya geyinək"
13:52 11 Noyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

"Uşaqlıqdan dizaynerliyə həvəsim olub. Aparıcı olandan sonra isə bu işlə məşğul olmağa başladım. Aparıcı seçilməlidir, özüm üçün fərqli kostyumlar hazırlayıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı hacı Nuran Hüseynov "Tezdən oyan" verilişində deyib. 

O bildirib ki, bir çox müğənnilər ondan kostyum tikməsini istəyiblər:

"Hər dəfə efirə çıxandan sonra mənə zənglər gəlir. Bir-iki müğənni efirdə mənim kostyumumu geyinib. Hətta verilişdə mənə təşəkkür də ediblər. Başqa vaxt da olub ki, zəng vurub deyiblər, "kostyumunuzu verin, toya geyinək". Mən kostyumu özüm üçün tikirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/488456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR