Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Deputatlar Ollandı istefaya göndərirlər

Deputatlar Ollandı istefaya göndərirlər

Tarix: 11 Noyabr 2016 13:52

Fransa Milli Assambleyasının spikeri Klod Bartolone ölkə prezidenti Fransua Ollandın istefaya göndərilməsi barədə qətnamə layihəsini icraçı orqanların nümayəndələrinə təqdim edib.

Milli.Az bildirir ki, bu barədə azvision.az "Frans Press" agentliyinə istinadən xəbər verir. 

Sənədi 79 deputat imzalayıb. Partiya nümayəndələri qətnaməyə daha çox deputatın qoşulacağını iddia edirlər. Fransa qanunvericiliyinə əsasən, prezident və baş nazir bu barədə məlumatlandırılmalıdırlar. 

Sağçı deputatlar Ollandı dövlət sirlərini yaymaqda ittiham edirlər. Deputatların fikrincə, Olland "Prezident bunu deməli deyildi..." kitabında dövlət sirlərini açıqlayıb. 

Agentlik vurğulayır ki, prezidentin idarəetmədən uzqlaşdırılması proseduru Konstitusiyanın 68-ci maddəsinə yalnız 2014-cü ildə daxil edilib. 

Milli.Az


Teqlər:  Deputatlar Ollandı istefaya göndərirlər



RƏYLƏR


Top xəbərlər