Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İradə İbrahimovanın ailəsində özəl gün - FOTO

İradə İbrahimovanın ailəsində özəl gün - FOTO

Date: 11 November 2016 13:54

Bu gün müğənni İradə İbrahimova qızı İpəyin ad gününü qeyd edir. Lent.az-ın məlumatına görə, İpəyi vizajist xalası Nigar İbrahimova sosial şəbəkədə təbrik edib: "11.11.2010 tarixi ailəmiz üçün çox sevindirici bir gün oldu. Mələk üzlü İpəyimiz dünyaya gəldi. Xala səni təbrik edir, nur üzlüm. Allahdan sənə sağlam olmağı, atalı-analı böyüməyi, yarıyan bəxtinin olmağını diləyirəm. Atanın, ananın fəxri olasan.

Doğulmağın, böyüməyin, ilk cümlələrin kino lenti kimi gözümün önündədir. Doğru deyirlər ki, bacı balası insanın canından bir parçadır. Sənin ağıllı, dürüst, şərəfli anan, siz övladları üçün çox şeyi fəda edən İradə mənim canımdır. Yanında olub yanağından, əlindən öpə bilməsəm də, ürəyim sizin yanınızdadır. Bu yaş günündə ilk təhsilin sənə uğurlu olsun".

 

Qeyd edək ki, İ.İbrahimli Ceyhun İzer adlı türkiyəli iş adamı ilə ailəlidir. İki övladı olan sənətçi uzun illərdir İstanbulda yaşayır.



Tags:  İradə İbrahimovanın ailəsində özəl gün FOTO


RƏYLƏR


Top news