Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Elzadan himnimizə bağlı inanılmaz açıqlama: “Himni səhv oxumaq mənim uğurumdur” VİDEO

Elzadan himnimizə bağlı inanılmaz açıqlama: “Himni səhv oxumaq mənim uğurumdur” VİDEO

Date: 11 November 2016 13:58

Əməkdar artist Elza Seyidcahan Azərbaycan himninə qarşı hörmətsizlik edib.

Müğənni-bəstəkar Bayraq günü ilə əlaqədar himnimizi oxuyub. Buna oxumaq demək mümkünsə...

Müğənni mahnının sözlərini tamam təhrif edib.

Publika.az-a açıqlama verən Seyidcahan qəsdən belə elədiyini deyib:

“Mən həmişə himni düzgün oxumuşam, amma bir dəfə də olsun, reaksiya verən olmayıb. Amma himnimizi təhrif olunmuş formada oxuyan kimi himni bilməyən insanlar silkələndi. O saat başladılar reaksiya verməyə ki, Elza himni yanlış oxudu. Demək ki, bu mənim uğurumdur. Bu, əslində mənim böyük bir layihəmdir. İnsanların diqqətini himnimizə cəlb etmək istəyirəm. Mətbəxdə də, getdiyimiz yerlərdə də himnimizi oxumalıyıq ki, insanların dilində əzbərə çevrilsin”.

Cəvahir


Tags:  Elzadan himnimizə bağlı inanılmaz açıqlama Qəsdlə oxudum VİDEO

RƏYLƏR


Top news