Qırğızıstan parlamentində deputatlarla daxili işlər
naziri vəzifəsinə namizədin arasında maraqlı dialoq yaşanıb.
Publika.az xəbər verir ki, daxili işlər naziri vəzifəsinə
namizəd olan Ulan İsrafilov Qırğızıstan prezidenti Almezbek
Atambayevin keçmiş cangüdənidir.
Hakim Sosial Demokrat Partiyası onun namizədliyini daxili işlər
naziri vəzifəsinə irəli sürüb.
Hökumətin yeni tərkibinin təsdiqi məsələsi parlamentdə müzakirəyə
çıxarılıb.
Nazir postuna namizəd olan Ulan İsrafilov isə parlamentdə
deputatların ən sadə suallarını belə cavablandıra bilməyib.
Qırğızıstan parlamentində daxili işlər naziri olmaq istəyən Ulana
İsrafilovun deputatlar tərəfindən sorğu-sualını təqdim edirik:
Deputat Omurbek Tekebayev: Qarşınızda nazir
vəzifəsinə namizəd olan Ulan İsrafilov əyləşib. Lakin çətin
suallara onun əvəzinə baş nazir cavab verir. Gəlin, mən bir az asan
sual verim. Siz hökumətə üzv olmaq istəyirsiniz. Bizim hökumətdə
neçə üzv var?
Ulan İsrafilov bu suala cavab verə bilməyib.
Omurbek Tekebayev: Cavab yoxdur. 22 nəfər. Siz
iyirmi ikincisiniz.
Tekebayev suallarına davam edib: İkinci sual - bizdə neçə rayon və
şəhər polis idarəsi var?
Ulan İsrafilov: Hər şəhərdə dörd Rayon Polis
İdarəsi var.
Omurbek Tekebayev: Mən ümumi Qırğısıztan üzrə
soruşuram.
Ulan İsrafilov: Onda mən dəqiqləşdirmə
aparmalıyam.
Omurbek Tekebayev: Bilmirsiniz, amma bilməyiniz
yaxşı olardı. Deyirsiniz ki, islahatlar aparacaqsınız. Dörd
prioritet məsələni qeyd edin. Nə edəcəksiniz? Cavab yoxdur. Sizinlə
bağlı hər şey aydındır.
Qeyd edək ki, ötən ay Qırğızıstan Konstitusiyasının orijinalının
itməsindən sonra ölkədə hökumət böhranı baş verib. Əvvəlki
koalisiya hökuməti dağılaraq, yenisi qurulub. Yeni hökumətə
Sooronbay Jeenbekov başçılıq edəcək. Parlamentin sonuncu iclasında
Sooronbay Jeenbekovun təklif etdiyi yeni hökumətin tərkibi 120
deputatdan 112-sinin səsi ilə təsdiq olunub.
Asif