ABŞ-da "Trump Tower"in üzərindən uçuşlar qadağan edildi

ABŞ-da "Trump Tower"in üzərindən uçuşlar qadağan edildi
14:05 11 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Federal Aviasiya Administrasiyası (Federal Aviation Administration, FAA) yeni seçilmiş ABŞ prezidenti Donald Trampın pentahusunun yerləşdiyi "Trump Tower" qüllələrinin yerləşdiyi rayonda uçuşları qadağan edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Daily Intelligencer" məlumat yayıb.

ABŞ-da prezident seçkilərinin nəticələri məlum olduğu andan "Trump Tower" xüsusi mühafizə edilən obyektə çevrilib. Seçilmiş dövlət başçısının təhlükəsizliyini qorumaq üçün FAA Nyu-York ərazisində uçuşların yeni qaydalarını hazırlayıb. Bu qaydalar təyyarə vasitəsilə törədilə bilinən terror aktlarının qarşısını almaq üçündür.

Agentlik tərəfindən dərc edilmiş direktivdə pilotlara ərazi üzərində 3,7 km radiusunda 40º45'54 şimal enində, 73º58'25 qərb uzunluqda hava məkanına daxil olmaq qadağandır. Bu yer "Trump Tower" qülləsinin şimalında yerləşən Mərkəzi Parkın cənubi-şərq hissəsidir.

FAA göstərişi 2017-ci ilin yanvarın 20-nə, yeni prezidentin Ağ evə köçəcəyi tarixə qədər qüvvədə olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR