Saakaşvili məxfi təklifi açıqladı: “Poroşenko mənə...”

Saakaşvili məxfi təklifi açıqladı: “Poroşenko mənə...”
14:13 11 Noyabr 2016
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə “Pyotr Poroşenkonun Bloku” partiyasının lideri və ölkənin baş naziri olmağı təklif edirdi.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Gürcüstanın sabiq prezidentinin özü bildirib.

Lakin Saakaşvili bu postlardan imtina edib. Saakaşvilinin sözlərinə görə, Pyotr Poroşenko “Pyotr Poroşenkonun Bloku”nun başçısının müavini Aleksey Qonçarenkonun arxasınca qaçmaq və ondan qanunlara səs verməyi xahiş etmək istəmirdi.

Xatırladaq ki, hələ ötən ilin sentyabrında Ukrayna sakinləri Poroşenkodan baş nazir postuna Saakaşvilini təyin etməyi xahiş edirdilər. Həmin vaxt bu postu Arseniy Yasenyuk tuturdu.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR