Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Milli Məclisin deputatı: “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı”

Milli Məclisin deputatı: “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı”

Date: 11 November 2016 14:17

Bakı. 11 noyabr. REPORT.AZ/ “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı. İkincisi, seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda və Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
O qeyd edib ki, seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin qurduqları korrupsiya sistemini dağımış oldu: “Müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəlməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyasnın olduğunu sübut etmiş oldu. Bütün bunlar bizim rəyimiz deyil, bunlarla bağlı yetərincə faktlar mövcuddur. Diktatura rejimini “demokratiya” adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə qədər xalq öz reaksiyasını bildirmiş oldu. Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə sioyasət quranlar və onlara necə yaşamğı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü”.
O qeyd edib ki, 2009-cu ildə Ermənistan Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xət çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu.
Z.Oruc ABŞ-dakı seçkilərlə bağlı danışan zaman vurğulayıb ki, bu məsələ ilə hər bir deputat fikir bildirə bilər: “Bu, bizim hüququmuzdur”.
Spiker Oqtay Əsədov isə Z.Oruca “Sizə nəsə deyən olmadı axı” deyə, cavab verib.


Tags:  Milli Məclisin deputatı ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi dini milli böhranı ortaya çıxardı

RƏYLƏR


Top news