Yığmamız İspaniya ilə eyni qrupda

Yığmamız İspaniya ilə eyni qrupda
14:27 11 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutanlar və ən yaxşı üçüncü elit-raunda yüksələcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR