Xəzərdən cəsədi çıxarılan şəxsin kimliyi müəyyənləşib

Xəzərdən cəsədi çıxarılan şəxsin kimliyi müəyyənləşib
14:27 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ “Dərinsulu Günəşli” platformasının yaxınlığında dəniz dibindən çıxarılan cəsədin noyabrın 8-də səhər saatlarında həmin platformada itkin düşmüş şəxs olduğu təsdiqlənib.
“Report” xəbər verir ki, bu barədə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.
“Cəsədin “Dərinsulu Günəşli” platformasında itkin düşmüş şəxsə məxsus olduğu onun işlədiyi şirkət olan “KCA Deutag” tərəfindən təsdiq olunub. Bütün əlavə sualların müvafiq hüquq-mühafizə orqanlarına ünvanlanması xahiş olunur”, - deyə şirkətdən bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/xezerden-cesedi-cixarilan-sexsin-kimliyi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR