Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir

Date: 11 November 2016 14:32

Azərbaycanda idman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Cinayət Məcəlləsinə idman yarışlarının manipulyasiyası (192-2) maddəsi əlavə edilir.

Maddədə qeyd edilir ki, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsinə görə üç min manatdan beş min manatadək cərimələnmə və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilsin (maddə 192-2.1).

192-2.2 maddəsinə görə isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza tətbiq ediləcək. Bu hallar təkrar törədildikdə, eyni zamanda mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Dəyişikliyə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya hədələmə, onlar barədə rüsvayedici məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Milli.Az


Tags:  İdman yarışlarında manipulyasiyaya cəzalar sərtləşdirilir

RƏYLƏR


Top news