Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AFFA-dan 460 manatlıq cərimə

AFFA-dan 460 manatlıq cərimə

Date: 11 November 2016 14:37

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda I divizionun X turunun görüşlərində baş verənlər müzakirə olunub. Klublar ümumilikdə 460 manat cərimə edilib.

"Şahdağ" - "Ağsu" matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat cərimə olunub. Görüşün 85-ci dəqiqəsində meydandan qovulan  "Şahdağ"ın futbolçusu İqrar Səmədov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.
 
"Turan Tovuz" - "Şərurspor" matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyan Qadir Həşimli 1 oyun cəzalanıb və 20 cərimələnib. "Mil-Muğan" - MOİK qarşılaşmasında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 80 manat cərimələnib.

Milli.Az


Tags:  AFFA-dan 460 manatlıq cərimə


RƏYLƏR


Top news