MTN əməkdaşı Tağı Əhmədovun qardaşı oğlunun döyülməsi haqda nə deyib? - İFADƏ

MTN əməkdaşı Tağı Əhmədovun qardaşı oğlunun döyülməsi haqda nə deyib? - İFADƏ
14:39 11 Noyabr 2016
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə həbs edilən Orxan Osmanovun ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.


APA-nın əldə etdiyi məlumata görə, Orxan Osmanov özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib. O, 2003-cü ildən etibarən milli təhlükəsizlik orqanlarında xidmət etdiyini, 2010-cu ilin sonlarına qədər Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat sahələrində təhlükəsizlik Baş idarəsinin 3-cü idarənin 1-ci şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili, 2011-ci ildən 24 oktyabr 2015-ci il tarixədək həmin idarənin 1-ci şöbəsinin rəis müavini vəzifəsində işlədiyini söyləyib. Bildirib ki, 2013-cü ildə 6-cı Baş idarənin 3-cü idarəsinin rəisi Rəsul Rəsulov və onun müavini Akif Əliyevin tapşırığı əsasında Bakı şəhərində Nizami kinoteatrının yaxınlığında qiymətli zinət və ya antik əşyanın dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən üç nəfərin müəyyən olunaraq MTN-ə gətirilməsi ilə bağlı əməliyyat keçirib. Həmin şəxslərdən birinin adı Elçin, digərinin adı isə Tofiq olub. Onlar həmin şəxsləri MTN-ə gətirib, komendaturanın ikinci mərtəbəsinə qaldırıblar. Komendaturada o, yalnız Tofiq adlı şəxslə söhbət edib. Tofiqdən nə üçün bir yerə yığışdıqlarını, onlarda hansı qiymətli əşyanın olduğunu soruşduqda Tofiq ona aqressiv cavab verərək heç nədən məlumatı olmadığını söyləyib. MTN-ə gətirilən digər vətəndaşlarla isə başqaları söhbət aparıb. Həmin şəxslərlə kim tərəfindən və hansı mövzuda söhbət aparılmasını bilməyib. Eləcə də 3-cü idarənin rəis müavini Akif Əliyev də həmin vətəndaşlarla aparılan söhbətlərdə iştirak edib. O isə yalnız Tofiqlə apardığı söhbəti Akif Əliyevə, həmçinin telefon vasitəsilə 3-cü idarənin rəisi Rəsul Rəsulova məruzə edib. Bir neçə saatdan sonra idarənin rəhbərliyindən verilmiş göstərişə əsasən həmin 3 nəfər buraxılıb.

 

Əhmədov Tağı Məhəmməd oğlu və onun qohumlarına qarşı qanunsuzluqlar epizodu üzrə isə O. Osmanov bildirib ki, Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun qardaşı oğlu Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyır. Şövqü Əhmədovu bir dəfə MTN-in komendaturasında görüb. MTN-in 6-cı Baş idarənin 2-ci idarənin rəisi polkovnik Rəsul Rəsulovun tapşırığı ilə həmin şəxslə keçirilən araşdırmada əməkdaşlara kömək məqsədi ilə iştirak edib. Onlar barəsində MTN-də hər hansı araşdırma materialının olub-olmamasını bilmir. Həmin araşdırmada idarə rəisi Akif Əliyevi, Tural Rzayevi və yadında qalmayan digər əməkdaşları görüb: “Araşdırmanın mahiyyəti yadımda qalmayıb. Həmin şəxslərin MTN-nə dəvət edilmə səbəblərini bilmirəm. Şövqü Əhmədovun və Elşən Tağıyevin MTN-nin komendaturasında döyülməsini görməmişəm. Özüm həmin şəxsləri döyməmişəm”.

 «Süleyman Transport» MMC-nin sahibi Fikrət İbrahimovun külli miqdarda pulunun ələ keçirilməsi epizodu üzrə təqsirləndirilən şəxs Osmanov Orxan ifadələrində və üzləşmədə dindirməsi  zamanı göstərib ki, 2014-cü ilin yayında o, Fikrət İbrahimovu ya Rəsul Rəsulovun, ya da Akif Əliyevin göstərişi ilə nurçularla əlaqədar nazirliyə çağırıb komendaturada onunla söhbət aparıb. Söhbət zamanı o, Fikrət İbrahimovun təsisçisi olduğu "Süleyman Transport" MMC-nin Türkiyə Respublikası ilə, o cümlədən nurçularla əlaqələrinin olub-olmamasını soruşaraq müəssisənin təsis sənədlərini gətirməsini tapşırıb. Fikrət İbrahimov heç bir nurçu ilə əlaqəsinin olmadığını deyib, o isə bu barədə rəhbərliyə məruzə edib. Bundan sonra Akif Əliyev də komendaturaya gələrək Fikrət İbrahimova "Süleyman Transport" MMC-nin fəaliyyəti ilə əlaqədar suallar verib. Sonuncu yenə də heç bir nurçu ilə əlaqəsinin olmadığını dediyinə görə F. İbrahimovu buraxıblar. Bir neçə gündən sonra isə MTN-in Maddi-texniki təminat idarəsinin Azər adlı əməkdaşı ona Fikrət İbrahimovun ona yaxın adam olduğunu, bu məsələ ilə bağlı onunla söhbət etmək istədiyini deyib. O da bu barədə rəhbərliyinə məruzə etdikdən sonra Azərlə Fikrət İbrahimov və sonuncunun Bəhrəm adlı dostunun iştirakı ilə nazirliyin poliklinikasının qarşısında görüşüblər. Görüş zamanı Azər yenə də Fikrətin onun yaxın adamı olmasını nəzərə almasını ondan xahiş edib. O. Osmanov görüş barədə rəhbərliyinə məruzə edib: “Təxminən 1 aydan sonra Fikrət İbrahimov mənə zəng edərək görüşmək istədiyini söylədi. Hüseyn Cavid parkında Fikrətlə görüşəndə mühüm bir siyasi məsələ ilə əlaqədar onda məlumat olduğunu və məlumatı tam realizə etdikdən sonra əlavə məlumat verəcəyini söylədi. Lakin sonradan heç bir məlumat vermədi. Mən Fikrət İbrahimovdan heç vaxt pul almamışam və istəməmişəm”.

 

O. Osmanov digər epizodlar üzrə bildirib ki, işlədiyi dövrdə maddi-məsul şəxs olmayıb, əməliyyat-axtarış fəaliyyətinin təminatı üçün MTN Maliyyə idarəsinin kassasından pul götürməyib.

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cəfərov Aqil Adil oğlu, Budaqov İlqar Məhərrəm oğlu, Abdullayev Elşad Elman oğlu, Əliyev Vüqar Paşa oğlu, İbrahimov Emil Əli oğlu, Babayev Ramin Yaşar oğlu, Bədəlov Zakir Dilənçi oğlu, Əzizov Qurban Eyyub oğlu, Əhmədov Şövqü Xeyrulla oğlu, Tağıyev Elşən Namiq oğlu, həmçinin Əhmədov Tağı Məhəmməd oğlu ad-soyadlı şəxslərdən yalnız Əhmədov Şövqü Xeyrulla oğlunu tanıyıb. Onun telefonunun dinlənilməsindən məlumatı olmayıb. Yuxarıda adı, soyadı, ata adı qeyd olunan digər şəxsləri tanımır, onların da telefon danışıqlarının dinlənilməsindən məlumatı olmayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutuldu

21 Avqust 2017 08:33

Kartofla dərinizi gözəlləşdirin

21 Avqust 2017 08:03

FHN Ağstafadakı yanğınla bağlı məlumat yaydı

21 Avqust 2017 07:59

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

21 Avqust 2017 07:33

Qırğızıstan silkələndi

21 Avqust 2017 07:19

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

21 Avqust 2017 07:03

Keçmiş aktrisa 115 kiloqram arıqlayıb tanınmaz oldu - FOTOLAR

21 Avqust 2017 06:33

Cənubi Asiyada daşqınlar nəticəsində ölənləri sayı 700 nəfərə çatdı

21 Avqust 2017 06:03

Hərbi gəmi yük gəmisi ilə toqquşdu - 5 yaralı, 10 itkin

21 Avqust 2017 05:59

“Hakimlikdən razı deyiləm” – Qriqorçuk

21 Avqust 2017 05:33

Putin: Dolabda nə varsa, onu geyinirəm

21 Avqust 2017 05:03

Cinsiyyətini dəyişdirən aktrisanın toy tarixi bəlli oldu

21 Avqust 2017 04:49

Kişilərin bəyəndiyi qadın tipləri - İncə, uzun kirpikli...

21 Avqust 2017 04:33

Hamilə ikən hamilə qaldı - FOTOLAR

21 Avqust 2017 04:03

Meyvə şirələrinin faydalı xüsusiyyətləri

21 Avqust 2017 03:33

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21 Avqust 2017 03:27

İslamda qadının DƏYƏRİ

21 Avqust 2017 03:03

"Instagram"-da vacib yenilik - Bu gündən etibarən...

21 Avqust 2017 02:33

Düyü ilə orqanizmin təmizlənməsi - Xəstəliklərdən uzaq olacaqsınız

21 Avqust 2017 02:03

Türkiyədə yük maşını aşdı - 3 ölü, 7 yaralı

21 Avqust 2017 01:59

Milli futbolçumuz Kipr çempionatında debüt etdi

21 Avqust 2017 01:14

Donald Tramp ABŞ xalqına və ordusuna müraciət ünvanlayacaq

21 Avqust 2017 01:12

Uşaqlar üçün ən faydalı

21 Avqust 2017 01:12

Mənzil almaq istəyənlər EHTİYATLI OLUN! - Sizi aldada bilərlər - VİDEO

21 Avqust 2017 01:03

Azərbaycanda zəlzələ baş verdi

21 Avqust 2017 00:40

İki uşaq anası model xanım ideal bədəni ilə göz oxşadı - FOTOLAR

21 Avqust 2017 00:33

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

21 Avqust 2017 00:22

ABŞ-da avtobus yük maşını ilə toqquşub

21 Avqust 2017 00:22

Avqustun 21-nə olan

21 Avqust 2017 00:16

Qaxda zəlzələ baş verib

21 Avqust 2017 00:12

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08

İsveçrədə turist təyyarəsi qəzaya uğrayıb, 3 nəfər ölüb

21 Avqust 2017 00:07

Ağdam sakini həmkəndlisini xəstəxanalıq etdi

20 Avqust 2017 23:54

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə

20 Avqust 2017 23:53

Bıçaqlanan Gəncə sakini xəstəxanaya gedərkən qəzaya düşdü

20 Avqust 2017 23:44

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

20 Avqust 2017 23:42

Müsəlmanlar Madriddə terrorizmə qarşı ETİRAZ AKSİYASI keçirdi

20 Avqust 2017 23:38

Bakıda 1 nəfər liftdə qaldı

20 Avqust 2017 23:36

Ermənilər Ağdamın işğal olunmuş ərazilərini yandırır

20 Avqust 2017 23:34

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

20 Avqust 2017 23:32

Ağdamda “VAZ” piyadanı vurdu

20 Avqust 2017 23:29

115 terrorçu öldürüldü

20 Avqust 2017 23:24

Ərə getdi - açıq-saçıq geyimlərə "Yox" dedi

20 Avqust 2017 23:18

Paxlanı möcüzəvi bitkiyə çevirən faydaları

20 Avqust 2017 23:18

“Hakimlikdən razı deyiləm” - Roman Qriqorçuk

20 Avqust 2017 23:17

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura yekun vurulub

20 Avqust 2017 23:07

53 yaşlı kişini maşın vurdu

20 Avqust 2017 23:04

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:59

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

20 Avqust 2017 22:57

Ağstafada polis əməkdaşı bıçaqlandı

20 Avqust 2017 22:49