"İki övladım var, nişanlanmaq nədir?"

"İki övladım var, nişanlanmaq nədir?"
14:41 11 Noyabr 2016
369 Şou
Ölkə mətbuatı
A- A+

“Sizin anonsunuz aləmi bir-birinə vurub. Qohum, qardaş hamı yığır ki, bu nədi?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri yumor ustası Fərda Xudaverdiyev deyib.

“10-dan sonra” verilişinə qonaq olan aktyor onunla bağlı yayımlanan “yenidən nişanlanıb” başlıqlı anonsuna münasibət bildirib:

“Mənim iki övladım var, nişanlanmaq nədir? Türkiyədə “Aşka gəldik” filmində rol almışam. Yanımdakı xanım da aktrisa və müğənni Könül Dilandır. Burada 10 il Azərbaycanda yaşayıb, sonra Türkiyəyə qayıdan Hamdi obrazını canlandırmışam. Filmdə Türkiyə türkcəsində danışmışam. Oteldə gecə-gündüz yatmırdım, səhərə kimi məşq edirdim ki, öyrənim”.

Qeyd edək ki, verilişdə Fərdanın aktrisa ilə fotolarını yayımlayıb, nişanlandığı bildirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR