Oqtay Əsədovla deputat arasında söz dueli

Oqtay Əsədovla deputat arasında söz dueli
14:42 11 Noyabr 2016
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə olub.

Mili.Az azvision.az-a istinadən xəbər verir ki, buna səbəb Zahid Orucun ümumi müzakirələrdə çıxış üçün yazılmaq istəməsidir. Spiker ona irad tutaraq: "Deputatlar çıxışlara öncədən yazılıblar, siz hövsələsizlik edirsiniz", - deyib.

Buna baxmayaraq müzakirələrdə Z.Oruca söz verilib. Deputat ABŞ-da keçirilən seçkilərə münasibət bildirib və çıxışının sonunda spikerə xitabən: "Hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi", - deyib. 

O.Əsədovun cavabı gecikməyib: "Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım". 

Z.Orucun təşəkkürünün qarşılığında sədr "mən də sənə təşəkkür edirəm" deyə cavab verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR