"Azercell": Nömrələrin daşınması xidməti özünü doğrultmayıb

"Azercell": Nömrələrin daşınması xidməti özünü doğrultmayıb
14:52 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Heç kimin razılığı olmadan onu hansısa xidmətə qoşmurlar". "Report" xəbər verir ki, bunu jurnalistlərin qısa nömrələrdən gələn SMS-lərlə bağlı suallarını cavablandıran Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" şirkətinin rəhbəri Vahid Mürsəliyev deyib.
V.Mürsəliyevin sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir və gələcəkdə məsələ tənzimlənəcək: "Bu xidmətləri "Azercell" həyata keçirmir. Biz qısa SMS nömrələri ayırırqı və üçüncü tərəf bu SMS-ləri göndərir. Bu tipli SMS-lərlə bağlı ayrıca müqavilənin imzalanması məsələsi gündəmdədir və düşünürəm ki, gələcəkdə hansısa formada həll ediləcək".
"Azercell" rəhbəri deyib ki, mobil nömrələrin daşınması xidməti özünü doğrultmayıb: "Bu, abonentlərin rahatlığı baxımından çox yaxşı xidmətdir, amma Azərbaycanda özünü doğrultmayıb".

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azercell-nomrelerin-dasinmasi-xidmeti-ozunu-dogrultmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR