"Yaşıl təfəkkür" layihəsi keçiriləcək

"Yaşıl təfəkkür" layihəsi keçiriləcək
15:12 11 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

"ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü və ASAN Könüllüləri" Təşkilatı, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Ekoloji Analitik İnformasiya Agentliyinin (ECORES) birgə təşkilatçılığı ilə "Yaşıl təffəkür" layihəsinə start verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihənin əsas məqsədi uşaqlar vasitəsi ilə valdeynlər və onların çevrələrində yaşıl təfəkkürün formalaşdırılması, təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.

Layihə çərçivəsində 20 nəfərdən ibarət xüsusi təlimçilərin hazırlanması və daha sonra həmin gənclər tərəfindən məktəblərdə şagirdlərə ekologiya və təbiətin qorunması barədə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərə qoşulmaq istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://goo.gl/lm93du


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR