Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu
15:22 11 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb.

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 4-cü qrupda İspaniya, Ukrayna, Albaniya ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidir. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR