Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Beynəlxalq Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Bakıda Beynəlxalq Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Date: 11 November 2016 15:22

Bakı. 11 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təşəbbüsü, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə Beynəlxalq Diabet Gününə həsr olunmuş tədbir keçirilib.
“Report”un məlumatına görə, akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında baş tutan konfransda bildirilib ki, Beynəlxalq Diabet Günü 1991-ci il noyabrın 14-dən Beynəlxalq Diabet Federasiyasının (BDF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik Bantinqin doğum günündə qeyd edilir.
2006-cı ildən isə BMT bu günü əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib. Hər il bütün dünyada qeyd edilən Beynəlxalq Diabet Gününün mahiyyəti qlobal problem olan şəkərli diabet xəstəliyi ilə mübarizənin yollarını müzakirə etmək, görülən işlər haqqında ictimaiyyətə hesabat vermək, xəstəliyə qarşı maarifləndirmə işləri aparmaqdır.
Tədbirdə qeyd olunub ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabet xəstəsidir. Xəstələrin 75 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayır. Qlobal səhiyyə xərclərinin 12 faizi şəkərli diabet xəstəliyinə xərclənir. Düzgün qıdalanma, fiziki aktiv həyat tərzi, pis vərdişlərdən imtina şəkərli diabet xəstəliyinə yoluxmağın 70 faiz qarşısını alır. 










Tags:  Bakıda Beynəlxalq Diabet Gününə həsr olunmuş tədbir keçirilib

RƏYLƏR


Top news