Bakı sakini çayxanada söyüş söydüyünə görə döyülüb

Bakı sakini çayxanada söyüş söydüyünə görə döyülüb
15:22 11 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda dostları ilə əyləşən şəxs söyüş söydüyünə görə döyülüb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən çayxanada baş verib.
Belə ki, dostları ilə birgə masa arxasında əyləşən 1978-ci il təvəllüdlü Sadıqov Anar Həbib oğlu yüksək səslə söyüş söyüb. Digər masada olan şəxslərdən biri onun hərəkətinə irad bildirib. Nəticədə tərəflər arasında dava düşüb və A.Sadıqov döyülüb. O, ağır bədən xəsarətləri alıb.
 A.Sadıqov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakini-cayxanada-soyus-soyduyune-gore-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR