Trampın zəfəri və elitanın iflası - TƏHLİL

Trampın zəfəri və elitanın iflası - TƏHLİL
15:24 11 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

“Biz indi yol ayrıcındayıq və seçməliyik: keçmişin yanlışlarını təkrar edirik, yoxsa bizləri və gözəl vətənimizi hələ də möhtəşəm gələcək gözlədiyinə inanırıq? Mən gələcəyə inanır və onun möhtəşəm olacağını bilirəm. Hamımız çox yaxşı başa düşürük ki, bizim problemlərimiz həll olunmayacaq – nə qədər ki, biz o problemləri yaradan siyasətçilərə ümid edirik. Artıq bu durumu dəyişməyin vaxtı çatıb! Mənə inanın, bu dəyişiklik olacaq! Biz Vaşinqtondakı bataqlığı qurudaraq onu yeni idarəçiliklə - xalq naminə həyata keçiriləcək xalq hakimiyyəti ilə əvəz edəcəyik!”

 

Yuxarıdakı sözlər Donald Trampın seçkiqabağı kampaniya çərçivəsində 22 oktyabr 2016-cı il tarixində Pensilvaniya ştatının Gettysburg qəsəbəsində söylədiyi proqram nitqindəndir. Məkan təsadüfən seçilməmişdi: ABŞ-ın ilk respublikaçı prezidenti Avraam Linkoln 1863-cü il noyabrın 19-da vətəndaş müharibəsinin ən qanlı toqquşmalarının baş verdiyi bu qəsəbədəki əsgər məzarlığının açılışında 2 dəqiqəlik çıxışı ilə tarixə düşüb. Yuxarıdakı sitatın son cümləsini Trampın spiçrayterləri məhz mərhum prezidentin məşhur nitqinin yaddaşlara həkk olunan unudulmaz son cümləsindən təsirlənərək qələmə alıblar. Linkolnun məzarlığa toplaşmış insanları duyğulandıran o cümləsi belə idi: “Gəlin, təntənəli şəkildə and içək ki, onların ölümü boşuna deyil və Tanrı tərəfindən qorunan bu millət öz azadlığını əldə edəcək və xalqın hakimiyyəti, xalqın iradəsi ilə, xalq naminə yer üzündən silinməyəcək!” 

 

Donald Trampın qələbəsinin sirrini burada axtarmaq lazımdır. O, kampaniya boyunca insanların hisslərinə, duyğularına xitab etdi. Böyük biznesin nümayəndəsi kütlələrin qarşısına onların dərdini bilən və anlayan qeyri-standart siyasətçi obrazında çıxdı.

 

Kənardan nəzər yetirdikdə Amerika Birləşmiş Ştatları yüksək rifah səviyyəsinə çatmış, qayğısız ölkə kimi görünsə də, bu ölkə də digərləri kimi sosial-iqtisadi xarakterli problemlərdən xali deyil. İnsanlar bu problemlərin mənbəyi, səbəbkarı kimi ənənəvi siyasəti və mövcud sistemin siyasətdəki təmsilçilərini görürlər. Bəli, Amerikada da sosial ədalətsizlik var, “Wall Street”in - iri maliyyə korporasiyalarının hegemonluğu var, ədalətsiz gəlir bölgüsü var. Milli gəlirin təxminən 40 faizi əhalinin 1 faizini təşkil edən elit qrupun əlində cəmləşib və bu imtiyazlı təbəqə ildən-ilə öz sərvətinə sərvət qatır. Orta təbəqə isə yerində sayır, fəhlələrin, işsizlərin vəziyyəti yaxşılığa doğru dəyişmir. İri korporasiyalar ucuz işçi qüvvəsi və aşağı vergilər səbəbindən istehsal sahələrini ölkə xaricinə köçürür, bu isə ölkənin özündə işsizliyin yaranmasına gətirib çıxarır. Başqa bir narazılıq mənbəyi ölkədə milyonlarla qeyri-leqal miqrantın mövcudluğu və bu axının nəzarətsiz şəkildə davam etməsidir. Bu da yerli vətəndaşın maraqlarına toxunan amillərdən biridir, çünki miqrantlar amerikalılardan dəfələrlə az əməkhaqqı müqabilində çalışmağa razı olur, nəticədə əmək bazarında haqsız rəqabət yaranır və iş axtaran ABŞ vətəndaşı bu rəqabətin qurbanına çevrilir. Tramp seçki kampaniyasının başından sonuna qədər məhz bu problemləri gündəmə gətirdi, onları həll edəcəyini söylədi və insanları buna inandırdı.

 

8 noyabr 2016-cı il seçkiləri göstərdi ki, qlobal kapitalizm və neoliberal siyasətə qarşı dünyada güclənən əhval-ruhiyyə Amerikadan da yan keçməyib. Bu tendensiya elə qlobalizmin mahiyyətinə uyğun şəkildə sərhəd tanımadan sunami dalğası kimi hər yerə yayılır, qarşısına çıxan maneələri yıxıb keçir. Antisistem, antielita xarakterli qüvvələr, qeyri-standart baxış və ritorikaya sahib populist liderlər sürətlə önə çıxaraq populyarlaşır. Və maraqlıdır ki, qlobal kapitalizmin alternativi kimi ənənəvi sol qüvvələr yox, radikal sağ, millətçi, hətta irqçi qüvvələr populyarlıq qazanır. Məşhur strateq Zbiqnev Bjezinski bu sosial kataklizmin yaxınlaşdığını hələ 2008-ci ildə təxmin etmişdi. Onun “The New York Times”da dərc edilmiş “The global political awakening” (“Qlobal siyasi oyanış”) adlı məqaləsində məhz bundan – siyasi iştirak səviyyəsi aşağı olan passiv və əzilən kütlələrin oyanaraq öz sözünü deyəcəyindən bəhs olunurdu. Bjezinski marksist yanaşma nümayiş etdirməkdən çəkinməyərək bildirirdi ki, Qərb və ümumən dünyada siyasi üstqurum və cəmiyyətin sosial-iqtisadi bazisi arasında uyğunsuzluq güclənir. O, xəbərdarlıq edirdi ki, dünya sürətlə dəyişir və elitalar bunu nəzərə alıb dəyişməlidir.

 

Əvvəllər elitalar ənənəvi media vasitəsilə ictimai rəylə istədikləri kimi manipulyasiya edirdilər, dəyişiklik elitanın və sistemin bir nümayəndəsinin başqası ilə əvəzlənməsi şəklində baş verirdi. Lakin texnoloji inkişaf sosial media fenomenini yaratdı. Sosial media qısa müddətdə o dərəcədə populyarlaşdı ki, gündəlik həyat tərzinin ayrılmaz hissəsinə çevrildi. Hətta əvvəllər qəzet oxumayan, TV-də xəbərləri izləməyən apolitik kütlələr də indi sosial mediada hər gün bu tip yayımlarla iç-içədir. Sosial media onları bir növ, siyasiləşdirir. Fərdlər ictimai-siyasi proseslərə təsir göstərmək, siyasi sistemin xaricində qalmış kütlələr sistemi sarsıtmaq imkanı əldə edib. Bu, müasir dünyada tamamilə yeni bir mərhələnin başlanması deməkdir. Amerika demokratları bu tendensiyanı əlbəttə ki, görürdülər, lakin ya onu lazımi qədər qiymətləndirə bilmədilər, ya da yetərincə ciddiyə almadılar. Əslində demokratların daxilində də cəmiyyətin gözləntilərinə uyğun lider ortaya çıxmışdı, senator Berni Sanders “praymeriz”də gənclərin, dəyişiklik istəyənlərin dəstəyini arxasına alaraq Hillari Klintonla ciddi rəqabətə girmişdi. Lakin elitanın və sistemin dəstəyi nəticəsində xanım Klinton rəsmi namizəd seçildi, dəyişiklik tərəfdarı olan elektorat isə məyus oldu. Məhz həmin elektoral kütlə səsverməyə qatılmayaraq Kintonun sonunu hazırladı. Namizəd seçimində bu kritik xəta demokratlara çox baha başa gəldi, onlar həm Ağ Evi itirdilər, həm də Nümayəndələr Palatası və Senatda çoxluq əldə edə bilmədilər. Üstəlik, Ali Məhkəmədə boş qalmış yerə mühafizəkar zehniyyətə sahib hakimin təyin olunması üçün də şans yaranıb və respublikaçılar bu şansı qaçırmayacaq. Bu təyinat nəticəsində Ali Məhkəmədə paritet respublikaçıların xeyrinə pozulacaq və onlar Amerika cəmiyyətində mübahisə doğrudan bəzi təşəbbüslərini ali instansiyanın yekun qərarı əsasında reallaşdırmaq fürsəti əldə edəcəklər.  

 

...Bjezinski hakim dairələrə təklif edirdi ki, “inqilab”ı yuxarılar etməli və yeni siyasi elita – üstqurum formalaşdırılmalıdır. Elitalar bu çağırışı dinləmədi, təhlükənin fərqinə varmadı, nəticədə “inqilab”ı aşağılar həyata keçirdi. ABŞ-da və dünyada yeni bir dövr başladı...

 

Şahin Cəfərli,

APA Analitik Mərkəzi

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çağdaş tevdə ənənəvi elementlər - FOTO

28 İyun 2017 05:32

Qlobal kiber hücumdan ən çox Ukrayna ziyan çəkib

28 İyun 2017 05:29

İraq ordusu İŞİD terrorçularında Mosulun daha bir rayonunu azad edib

28 İyun 2017 05:15

Bu hərəkəti ilə futbolda yeni cığır açdı - VİDEO

28 İyun 2017 05:08

Ledi Qaqa gülüş hədəfi oldu

28 İyun 2017 05:04

Açıq məkanlı loft - FOTO

28 İyun 2017 04:32

Pilot insanlara DƏHŞƏT yaşadır - "Qusma, baş gicəllənməsi..." – VİDEO

28 İyun 2017 04:03

"Facebook" istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb

28 İyun 2017 04:02

Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin etdi

28 İyun 2017 03:54

Astroloji proqnoz -

28 İyun 2017 03:41

Riz kamera qarşısında - FOTO

28 İyun 2017 03:32

ABŞ-da universitet bomba qoyulması barədə xəbər səbəbindən təxliyə edilib

28 İyun 2017 03:29

Dünyanın ən utancaq səyahətçisi - FOTO

28 İyun 2017 03:03

Polşa prezidenti: "Polkovnik Vəli bəy Yadigar II Dünya müharibəsində bizim azadlığımızı qoruyub"

28 İyun 2017 02:47

Qətər ərəb ölkələrinin tələblərini nəzərdən keçirməyə hazırdır

28 İyun 2017 02:37

"Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür" -

28 İyun 2017 02:37

Səudiyyə Ərəbistanının XİN rəhbəri: Səudiyyə Ərəbistanı və bir sıra ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü şərtlər üzrə danışıqlar olmayacaq

28 İyun 2017 02:36

Sidneydə möhtəşəm işıq festivalı - FOTO

28 İyun 2017 02:32

Andjey Duda: "Azərbaycan Polşanın Şərq siyasəti üçün çox önəmlidir"

28 İyun 2017 02:17

Türkiyə Suriyanın şimalında geniş hərbi əməliyyatlara hazırlaşır

28 İyun 2017 02:02

Avropa çempionatında finalçılar müəyyənləşdi

28 İyun 2017 01:58

“Qarabağ” seçim edəcək

28 İyun 2017 01:49

"Facebook" istifadəçilərinin sayı 2 milyarda çatıb

28 İyun 2017 01:43

Rusiya hərbçisi Ukrayna ordusuna əsir düşüb

28 İyun 2017 01:37

Mübariz İbrahimova həsr edilmiş animasiya hazırlanıb -

28 İyun 2017 01:34

Kəşfiyyat şefinin qətlində RUSİYA İZİ

28 İyun 2017 01:33

Təbiəti yenə qorumayaq? - FOTO

28 İyun 2017 01:32

Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb (FOTO)

28 İyun 2017 01:22

Angela Merkel dönər hazırladı -

28 İyun 2017 01:15

İlham Əliyev Varşavada Qarabağdan danışdı

28 İyun 2017 01:09

Xəzərdə boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

28 İyun 2017 00:47

Polşa prezidenti: "Azərbaycan mühüm tərəfdaşımızdır"

28 İyun 2017 00:44

Xəzərdə batan şəxs xilas edilib

28 İyun 2017 00:43

Tut yığmaq istədi, xəstəxanalıq oldu

28 İyun 2017 00:39

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir dəst medal qazanıblar

28 İyun 2017 00:37

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"

28 İyun 2017 00:37

Tayson Bakıya gələcək

28 İyun 2017 00:33

Çempionlar Liqasında mübarizəyə start verilib -

28 İyun 2017 00:28

Avropa kuboklarında 2017-2018 mövsümünə start verilib

28 İyun 2017 00:17

"Toyota" piyadanı vurub öldürdü

28 İyun 2017 00:09

Astroloji proqnoz - 28 iyun

28 İyun 2017 00:08

Dubayın əsl siması: o şəhər göründüyü kimi deyil - FOTO

28 İyun 2017 00:05

“Akdağ” məhv edildi

28 İyun 2017 00:05

Günün qoroskopu: əsəblərinizi cilovlayın

28 İyun 2017 00:05

Bir gecədə bağırsaq qurdlarından xilas olmaq istəyirsinizsə...

27 İyun 2017 23:57

"Cənub Qaz Dəhlizi" layihəsi Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir" -

27 İyun 2017 23:56

Türkiyədə terrorçular hərbi avtomobilə hücum ediblər

27 İyun 2017 23:55

Ocaqlara və pirlərə getmək nə vaxtdan günah sayılıb?

27 İyun 2017 23:52

Autizm dünyanın sonu deyil

27 İyun 2017 23:47

“Stress çarxları” həqiqətənmi, müalicəvidir? - Marketinqin yeni hiyləsi

27 İyun 2017 23:42