Efirdə ağlayan məşhurlar – siyahı

Efirdə ağlayan məşhurlar –  siyahı
15:31 11 Noyabr 2016
210 Şou
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları hər zaman efirdə mahnı oxuyub, oynayan yerdə görünür. Amma tamaşaçılar bəzi hallarda onların kövrəlib, ağladığının da şahidi olur.

Axşam.az efirdə ağlayan tanınmışların siyahısını təqdim edir:

Xalq artisti Aygün Kazımova bir müddət əvvəl “Həyat tərzi" verilişində göz yaşlarını saxlaya bilməyib. Müğənni həyatı ilə bağlı hazırlanan süjeti izləyib, ağlayıb.



Xalq artisti Məleykə Əsədova atasının ad günündə dünyasını dəyişdiyini danışıb, ağlayıb.



Əməkdar artist Röya Ayxan “Asan radio”da qonaq olarkən, ayrıldığı sevgilisini xatırlayıb, kövrəlib.



Müğənni Ayan Babakişiyeva da efirdə ağlayan tanınmışlardandır. Türkiyəyə köçən ifaçı sonuncu dəfə Bakıya gələndə qonaq olduğu verilişlərdən birində ağlayıb.



Əməkdar artist Naibə Allahverdiyeva verilişlərin birində şeir söyləyib və ağlayıb.



Müğənni Fədayə Laçın bir dəfə proqramda atasız böyüdüyündən danışıb, kövrəlib.



Müğənni Sevda Sanəliyeva anasının ölümünü xatırlayıb, ağlayıb. O, “Allah anamı alıb, mənə övlad verdi” deyib.



Rəqqasə Fatimə Fətəliyeva da efirdə göz yaşlarını saxlaya bilməyən tanınmışlardan olub. Ərəb rəqsi oynadığına görə hələ də utandığını deyən, sənətçi göz yaşlarını saxlaya bilməyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR