Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“AtaTexnologiya” yeni proqram təminatını təqdim edib

“AtaTexnologiya” yeni proqram təminatını təqdim edib

Date: 11 November 2016 15:32

Bakı. 11 noyabr. REPORT.AZ/ “AtaTexnologiya” şirkəti yeni proqram təminatı - “HRM360”-ı təqdim edib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, “AtaTexnologiya"nın mütəxəssisləri tərəfindən “Microsoft” proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulub və HR mütəxəssisləri tərəfindən istifadəyə hesablanıb.
“AtaTexnologiya” şirkətinin Layihələr Departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarını “HRM360”-ın texniki və unikal imkanları ilə tanış edib: “Proqramda əməkdaşların öz məlumatlarına çıxış imkanı var. Yəni, işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecer iş vaxtına qənaət edir. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir”.
Qeyd edək ki, “AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” tərəfindən təsis edilib. Şirkət mühasibatlıq, anbar, satış, logistika, istehsal, insan resursları və s. xidmətlərin avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur.


Tags:  AtaTexnologiya yeni proqram təminatını təqdim edib


RƏYLƏR


Top news