Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Salyanda naməlum kişi meyiti tapılıb

Salyanda naməlum kişi meyiti tapılıb

Date: 11 November 2016 15:32

Salyan.11 noyabr.REPORT.AZ/ Ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində Salyan rayonunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində yolun kənarında kişi meyiti tapılıb. 
“Report”un Aran bürosu xəbər verir ki, təxminən 30-35 yaşında olan kişinin meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb. Lakin indiyə kimi həmin meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. 
Ölən şəxsin tanıyanlar Salyan Rayon Polis Şöbəsinə (telefon: 050 247 04 05) zəng vura bilərlər.


Tags:  Salyanda naməlum kişi meyiti tapılıb

RƏYLƏR


Top news