Əməkdar artist: "Əgər zalda tamaşaçı qismində əyləşsəydim möhtəmşəmlikdən gözlərim yaşarardı"

Əməkdar artist: "Əgər zalda tamaşaçı qismində əyləşsəydim möhtəmşəmlikdən gözlərim yaşarardı"
15:42 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış opera ifaçısı, əməkdar artist Elçin Əzizov Rusiyanın Böyük Teatrının səhnəsindəki yaradıcılıq fəaliyyəti və gələcək planlarına həsr olunan mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, o bildirib ki, Böyük Teatrın ilk azərbaycanlı solistidir. 
E.Əzizov qeyd edib ki, teatrda sonuncu uğurlu çıxışlarından biri Cakomo Puççinin "Manon Lesko" operasınınn premyerasında olub. Onun sözlərinə görə, tamaşada həmçinin dünya operasının ulduzu Anna Netrebko və Azərbaycanın daha bir opera ifaçısı Yusif Eyvazov iştirak edib: "Əgər mən zalda tamaşaçı qismində əyləşsəydim bu möhtəmşəmlikdən gözlərim yaşarardı".
İfaçı bildirib ki, noyabrın 12-də Kremldə KVN-in 55 illiyinə həsr olunan tədbir keçiriləcək və həmin mərasimə dəvət alıb: "Mənə bu təklif 1 həftə öncə gəldi. Orada mənuniyyətlə çıxış edərdim, ancaq 1 ay əvvəldən Azərbaycanda səhnəyə çıxacağım dəqiqləşmişdi. Mənim də rol aldığım tamaşa Bakıda noyabrın 12-də nümayiş etdiriləcək. Tamaşa və tədbir eyni günə düşdüyündən Moskvadakı mərisimdə iştirak edə bilməyəcəm".
E.Əzizov onu da qeyd edib ki, noyabrın 12-də Azərbaycanın Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası olacaq. Tamaşada ifaçı Eskamilyo partiyasını ifa edəcək. Karmen partiyasını isə Polşanın Vroslova Opera Teatrının aparıcı solisti İrina Jitinska səsləndirəcək. 
Azərbaycanlı ifaçı deyib ki, İ.Jitinska ilə Varşavada və Florensiyada dəfələrlə birlikdə səhnəyə çıxıblar. 



Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/emekdar-artist-eger-zalda-tamasaci-qisminde-eylesseydim-mohtemsemlikden-gozlerim-yasarardi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR