Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mixeil Saakaşvili Ukraynada yeni partiya yaratmaq istəyir

Mixeil Saakaşvili Ukraynada yeni partiya yaratmaq istəyir

Date: 11 November 2016 15:52

Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili “Xvılya” (“Dalğa”) adlı yeni partiya yaradaraq, parlamentə növbədənkənar seçkilər uğrunda mübarizə aparmağa hazırlaşır.
“Report” xəbər verir ki, bunu keçmiş qubernator “Korrespondent” jurnalına müsahibsində bildirib.
”Xvılya” növbədənkənar seçkilərin keçirilməsindən asılı olaraq, yaradıla bilər”, - deyə M.Saakaşvili vurğulayıb.
Onun sözlərinə görə, bir müdət əvvəl ölkə prezidenti Petro Poroşenkoya bu barədə təkliflə müraciət edib: “Biz parlamentə seçkilər keçirməklə hökumətin tərkibini 90 faiz yeniləyə bilərdik. Ancaq bu ilin aprelində Arsen Avakovla sövdələşmə baş verdi. Nəticədə Avakov daxili işlər naziri olaraq qaldı”.
M.Saakaşvili bildirib ki, ölkə prezidenti ona baş nazirn müavini və özünün “Solidarnost” Partiyasına sədrliyi təklif edib: “Daha başqa vəzifələr də təkilf olunub. Tutaq ki, mən baş nazir oldum. Nə etməli idim? Yenə hansısa Qonçarenkonun (Aleksey Qonçarenko – parlamentdə “Petro Poroşenko Bloku”nun üzvü – “Report”) arxasınca qaçıb, ondan nəsə istəməli idim? Parlamentdə belə qonçarenkolardan 400 nəfərdir”.


Tags:  Mixeil Saakaşvili Ukraynada yeni partiya yaratmaq istəyir

RƏYLƏR


Top news