Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR

Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR
15:53 11 Noyabr 2016
105 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda sözügedən qurumların birgə brifinqində bildirilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Qeyd edilib ki, Kremlin planları daha əvvəl dərc edilən “Şatun” planı ilə tamamilə uyğun gəlir. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun birinci müavini, abxaz separatisti İnal Ardzinba planın reallaşdırması ilə məşğul olur. Yerli təşkilatlarla əlaqəni isə Ermənistan vətəndaşı Armen Martirosyan həyata keçirir.

Planın həyata keçirlməsi noyabrın 15-17 tarixlərində, həmçinin dekabra nəzərdə tutulmuşdu.

“Aktiv hərəkətlərin startı noyabrın 15-ə nəzərdə tutulub. Həmin gün bank əmanətçilərinin umumukrayna etiraz aksiyası keçirilməlidir. Noyabrın 17-də isə etiraz aksiyalarının əsas mövzusu tariflərin artımı olur”, - Anatoli Dublik deyib.

Onun sözlərinə görə, etiraz aksiyalarının hökumət idarələrinin mühasirəyə alınması ilə keçirilməsi nəzərdə tutulub. Aksiyalarda iştirakçıların həlak olması planlaşdırılıb.

“Noyabrın 24-də Ukrayna-Avropa İttifaqı sammiti olmalıdır. Sammitdə Ukrayna ilə vizasız rejimin tətbiqi haqqında məsələyə dair yekun qərar verilməlidir”, - departament müdiri qeyd edib.

Bildirilir ki, ölkədə yaradılması planlaşdırılan xaos və qeyri-stabil vəziyyət hazırkı hökumətin devrilməsinə hədəflənib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR