İraqın təhlükəsizlik qüvvələri Mosulda 950 əsirin saxlandığı yeraltı zindan aşkar edib

İraqın təhlükəsizlik qüvvələri Mosulda 950 əsirin saxlandığı yeraltı zindan aşkar edib
15:57 11 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ İraqın təhlükəsizlik qüvvələri Mosul şəhərinin İŞİD terror təşkilatının silahlıları tərəfindən zəbt etdiyi rayonlarından birində 950-dən çox əsirin saxlandığı yeraltı zindan aşkar edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 
"Məlumata görə, ötən bazar ertəsi, noyabrın 7-də İraqın təhlükəsizlik qüvvələri Mosulun Şura rayonunda içərisində 961 nəfərin olduğu yeraltı zindan aşkar edib. Zindanda saxlanılan şəxslərin hamısı sünni təriqətinə mənsubdur, onlardan  çoxu İraq təhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və ya İraq İslam Partiyasının üzvləridir" - Qaçqınlarla İş üzrə Ali Komissarlığın (BMT QAK) bəyanatında deyilir. 
"Ölçüləri 1 metrin 0,5 metrə olan kameralarda saxlanılan şəxslərdə işgəncə izləri olub" - bəyanatda qeyd edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqin-tehlukesizlik-quvveleri-mosulda-950-esirin-saxlandigi-yeralti-zindan-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR