Azərbaycanda yeni orden təsis edilir

Azərbaycanda yeni orden təsis edilir
16:05 11 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni orden - "Əmək" ordeni təsis edilir.

Milli.Az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, "Əmək" ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

"Əmək" ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR