Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror 4 yaşlı qızı öldürən sürücüyə 7 il 6 ay həbs cəzası istədi

Prokuror 4 yaşlı qızı öldürən sürücüyə 7 il 6 ay həbs cəzası istədi

Date: 11 November 2016 16:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rahim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini deyib.
 
O, R. Hüseynova 7 il 6 ay həbs cəzası istəyib.
 
Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək. 
 
Qeyd edək ki, bu il iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Milli.Az
 


Tags:  Prokuror yaşlı qızı öldürən sürücüyə il ay həbs cəzası istədi

RƏYLƏR


Top news