Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda naməlum kişi meyiti tapıldı

Azərbaycanda naməlum kişi meyiti tapıldı

Date: 11 November 2016 16:22

Salyanda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, meyit noyabrın 10-da, axşam saatlarında Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində Salyanın Kürsəngi kəndi ərazisində yol kənarında aşkarlanıb. Təxminən 30-35 yaşında olan kişi meyiti müayinə olunmaq üçün Salyan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Hələlik meyitin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
 
Meyiti tapılan şəxsi tanıyanlardan Salyan Rayon Polis Şöbəsinə, 050 247 04 05 nömrəsində zəng vurmaları xahiş olunur. 

Milli.Az


Tags:  Azərbaycanda naməlum kişi meyiti tapıldı

RƏYLƏR


Top news