Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb

Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb

Date: 11 November 2016 16:37

Bakı. 11 noyabr. REPORT.AZ/ "Taliban" radikal hərəkatının iki aparıcı komandiri Əfqanıstanın qərbində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun yüksək rütbəli komandiri Raz Məhəmməd Oriahil məlumat verib.
"Şindand bölgəsində silahlılara qarşı keçirilmiş əməliyyat zamanı 52 silahlını zərərsizləşdirmişik. Öldürülənlər arasında Malla Nayeb və Mavlabi Mohib adlı "Taliban" hərəkatının iki aparıcı komandiri də var" -  R.M.Oriahil "Sinhua" agentliyiniə açıqlamasında bildirib.
Xatırladaq ki, əməliyyat Herat əyalətində keçirilib.


Tags:  Əfqanıstan ordusu Taliban hərəkatının iki aparıcı komandirini öldürüb

RƏYLƏR


Top news