Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb

Bakıda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb
16:37 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.
“Report”un məlumatına görə, sənəddə on dövrlərdə Bakı şəhərində gedən sürətli iqtisadi inkişafın, əhalinin sayının artmasının, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisinin şəhər təsərrüfatına, onun infrastrukturuna, o cümlədən mühəndis-kommunikasiya təminatı obyektlərinə düşən yükü dəfələrlə artırdığı bildirilir. Qeyd edilir ki, Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında yağan yağışlar həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olub. Bu yağıntılar nəticəsində küçə və prospektlərdə səth sularının kənarlaşdırılmasını təmin etməli olan yağış kanalizasiya sisteminin işləməməsi ciddi fəsadlar törədib, bir sıra müxtəlif təyinatlı obyekt və tikililərə ziyan dəyib, vətəndaşların və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bakı şəhərinin və Abşeron yarımadasının yağış kanalizasiya sisteminin yüksək inkişaf templərindən geri qalması və şəhər təsərrüfatının tələblərinə cavab verməməsi bu sistemin təkmilləşdirilməsini, o cümlədən səth sularının idarə olunmasını, təmizlənməsini, yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında, yaşayış massivlərində zəruri tədbirlərin həyata keçirilməsini, şəhərin ekoloji və sanitar vəziyyətinin normada saxlanılmasını tələb edir.
Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanan sərəncama əsasən, paytaxtda yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb.
İşçi qrupunun rəhbəri
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
İşçi qrupunun üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri;
Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;
Saleh Məmmədov - “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Sərəncama əsasən, işçi qrupu Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin, Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yolları müəyyənləşdirilməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflər hazırlanıb iki ay müddətində dövlət başçısına təqdim olunmalıdır. Bundan başqa, işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yevlaxda meşə ərazisində çətənə kolu aşkar olunub və məhv edilib

28 İyul 2017 19:02

Azərbaycanı niyə qısqanırlar? - ÜÇ SAHƏ ÜZRƏ FAKTLAR

28 İyul 2017 18:58

Hamburqda naməlum şəxs adamlara bıçaqla hücum etdi - Ölən və yaralananlar var

28 İyul 2017 18:57

Fars işgəncələri: qan donduran 10 cəza - FOTO

28 İyul 2017 18:57

Ucarda avtomobil yolunun tikintisinə

28 İyul 2017 18:55

Azərbaycanlı məşhurlar necə dincəlir? - FOTO

28 İyul 2017 18:52

Vahid Əhmədov: “Azərbaycan ən yüksək indeksasiya tətbiq edən ölkələrdən oldu”

28 İyul 2017 18:48

Türkiyədə terrorçu PKK ilə əlaqədə şübhəli bilinən 3 əcənəbi vətəndaşı tutulub

28 İyul 2017 18:47

Fatimədən "Vağzalı" rəqsi

28 İyul 2017 18:47

Xəzərdə batan şəxs xilas edildı

28 İyul 2017 18:44

Netanyahu Trampın kürəkəninə torpaq sahəsi təklif etdi

28 İyul 2017 18:38

Sumqayıtda polislər yanğın zamanı ana və azyaşlı övladının həyatını xilas ediblər

28 İyul 2017 18:37

Azərbaycan Memarlıq və İnşaat Universitetində qabiliyyət imtahanları başlayıb

28 İyul 2017 18:37

Jurnalistin noutbuku ABŞ senatorunun başına düşdü - VİDEO

28 İyul 2017 18:37

Prezident yol tikintisinə pul ayırdı

28 İyul 2017 18:29

Arvadını güldüyünə görə öldürdü

28 İyul 2017 18:29

Pul üstündə əvvəl valideynlərini, sonra üstü açılmasın deyə, 17 qonşusunu qətlə yetirdi

28 İyul 2017 18:28

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"

28 İyul 2017 18:27

"Qəbələ"nin məğlubiyyətinə sevinən gözəllər - FOTOLAR

28 İyul 2017 18:27

İlk yarımildə dövlət müssisələrinin dividendləri üzrə büdcəyə 500 min manat daxil olub

28 İyul 2017 18:27

“Əvvəllər məcburi köçkün problemə görə gəlirdisə, indi minnətdarlıq etməyə gəlir"

28 İyul 2017 18:23

4 övlad anası bu fotodan şoka düşüb - FOTO

28 İyul 2017 18:22

Rusiyalı kəşfiyyatçı general: "Qarabağda vəziyyət müharibə ərəfəsindədir"

28 İyul 2017 18:22

Ucarda avtomobil yolunun tikintisinə 2,7 milyon manat ayrılıb

28 İyul 2017 18:17

Şəmkirdə yanğın olub

28 İyul 2017 18:17

Məşhur qadın atleti zorlamaq istədilər - "Əlini şortuma salmağa çalışdı..."

28 İyul 2017 18:12

"Roma" prezidenti: "A Seriyasında dəli olan yeganə klub "Milan"dır"

28 İyul 2017 18:12

Yunanıstan səfirinin fəaliyyəti başa çatdı

28 İyul 2017 18:12

Gülnarə Kərimovanın 840 milyon dollarlıq aktivlərinə həbs qoyulub

28 İyul 2017 18:09

QAÇ, MİXAİL, QAÇ! Poroşenko və Saakaşvili arasındakı körpülər niyə yandı? - TƏHLİL

28 İyul 2017 18:08

"Oğlum mənə görə evlənmir" - Qızının toyunda iştirak edə bilməyən 9 illik məhkum - VİDEO - FOTO

28 İyul 2017 18:05

Xəzərdə batan şəxs xilas edildi

28 İyul 2017 18:05

Nüşabə Ələsgərlidən 2 yeni mahnı

28 İyul 2017 18:03

Səssiz qətliam: 48 saatda 84 ölü

28 İyul 2017 17:58

Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olunub

28 İyul 2017 17:57

Hədiyyə paketi düzəltməyin ən asan üsulu

28 İyul 2017 17:57

Pivə şüşəsindən məktəb binası inşa etdilər - FOTOLAR

28 İyul 2017 17:53

Bakıda bankdan 10 min dollar oğurladılar

28 İyul 2017 17:52

"Niyamın evinə qonaq getdim, ac qaldım" - Günay

28 İyul 2017 17:52

İçərişəhərdə silah-sursat tapıldı

28 İyul 2017 17:51

Musiqi Akademiyasının rektorunun həyat yoldaşı

28 İyul 2017 17:50

® Bank of Baku maliyyə göstəricilərini açıqladı!

28 İyul 2017 17:49

Kələm yarpağını sinənizə qoyun

28 İyul 2017 17:48

ABŞ-ın Rusiyadakı səfiri XİN-ə çağırıldı

28 İyul 2017 17:47

"Polisəm" deyib, internetdə tanış olduğu qadını barda "soydu": oteldə sevgilisi ilə... - FOTO

28 İyul 2017 17:47

Baş Prokurorluq agentlik rəhbərliyinə xəbərdarlıq edib

28 İyul 2017 17:47

"Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində məşğulluq amili daim ön planda dayanır"

28 İyul 2017 17:47

Moderator.az-ın rəhbərliyinə xəbərdarlıq edilib

28 İyul 2017 17:44

Sevinc yeni layihəsindən danışdı

28 İyul 2017 17:43

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın ali mükafatına layiq görüldü

28 İyul 2017 17:42