Sarkisyan Trampın prezident olmasını istəmirdi

Sarkisyan Trampın prezident olmasını istəmirdi
16:42 11 Noyabr 2016
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Sarkisyan hökuməti istefaya göndərdi (18 May 2017 13:59)
ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı xüsusi araşdırmaçı təyin edildi (18 May 2017 03:49)
Sarkisyan Fransaya getdi (07 Mart 2017 12:12)

Donald Trampın ABŞ prezidenti seçilməsi Ermənistan rəhbərliyin və erməni lobbisini məyus edib. Seçki marafonunda Klintonu dəstəkləyən erməni lobbisi Trampın qələbəsi ilə çıxılmaz vəziyyətə düşüb. Trampın prezident olması ermənilərə ağır zərbə kimi qiymətləndirilir.

Millət vəkili Elman Nəsirov Donald Trampın erməni lobbisi ilə münasibətini şərh edib. Deputat bildirib ki, Tramp ABŞ-da keçirilən prezident seçkilərində özündən əvvəlki administrasiyanın yeritdiyi səhv daxili və xarici siyasəti tənqid etməklə qalib gəlib:

"O, bir ifadə işlətdi ki, prezident olacağı təqdirdə Obama administrasiyasının buraxdığı səhvləri aradan qaldıracaq və ABŞ-ın əvvəlki gücünü, potensialını bərpa edəcək. Xüsusilə xarici siyasətdə ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, siyasi rejimləri devirmək siyasətindən imtina edəcək. Məsələyə bu cür yanaşdıqda, hər kəsə bəllidir ki, Obama administrasiyasının Cənubi Qafqaz siyasəti kifayət qədər passivliyi ilə səciyyələnirdi. Eyni zamanda Dağlıq Qarabağ münaqişənin həlli məsələsində rəsmi Vaşinqton bir çox hallarda ermənipərəst mövqedə dayanırdı. Xüsusilə də dövlət katibi Con Kerrinin son bəyanatı qeyd olunan fikirləri bir daha təsdiqləyir. Məsələyə bu məntiqlə yanaşdıqda Trampın hakimiyyətdə olacağı 4 il ərzində, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətdə də Obama administrasiyasından fərqli siyasət olacağını güman etmək olar. Yəni, Obama məsələdə passivliyi ilə seçilirdisə, Tramp aktivlik nümayiş etdirə bilər. Ən azından Trampın bəyanatları belə qənaətə gəlməyə əsas verir". 

Millət vəkili qeyd edib ki, ABŞ Konqrensində, Demokratlar partiyası sıralarında ermənilərin dostları qrupunun üzvlərinin sayı xeyli çoxdur: "Amma, eyni fikirləri Respublikaçılar haqqında demək mümkün deyil. Doğrudur, respublikaçılar arasında da ermənilərin dostları var. Amma, müqayisə etsək görərik ki, ermənilərin demokrat dostları respublikaçılardan qat-qat çoxdur. Bu isə belə qənaətə gəlməyə imkan verir ki, Trampın prezidentliyi dövründə münaqişənin həlli ilə bağlı daha obyektiv mövqedə dayanmaq üçün yaxşı imkanlar yarana bilər". 

Elman Nəsirov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ-ın münasibətlərinin yaxşılaşması münaqişənin həllinə öz töhfəsini verə bilər: "ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiya və ABŞ-ın münasibətləri kifayət qədər qəliz, qarşıdurma siyasəti idi. Dünyanın mühüm fundamental məsələlərində mövqeləri kəskin şəkildə toqquşan bu iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ortaq mövqedən çıxış etməsi çətin idi. Tramp bəyan edir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırma xəttini seçəcək. Hətta, o çıxışlarının birində qeyd etmişdi ki, andiçməni gözləmədən Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iki həmsdər dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həlli imkanlarına müsbət təsir göstərə bilər. Ona görə də bizdə müəyyən qədər nikbinlik var. Azərbaycan prezidenti İlham Əliyevin Trampa ünvanladığı təbrik məktubunun ruhundan bunu hiss edirik. Ümid bəsləyirik ki, Trampın prezidentliyi dövründə rəsmi Vaşınqtonun Cənuubi Qafqaz, birbaşa isə Azərbaycanla bağlı siyasətində pozitiv dəyişikliklərin şahidi olacağıq. Hesab edirəm ki, bu dəyişikliklər ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində özünü göstərəcək". 

Milli.Az azvision.az-a istinadən bildirir ki, siyasi şərhçi Arzu Nağıyevin fikrincə, ABŞ-da erməni lobbisindən bir oyuncaq kimi istifadə olunur: "Trampın seçki marafonu zamanı erməni lobbisinə müraciət olunmadı. Onun erməni lobbisi vasitəsilə toplanan elektorata ehtiyacı yox idi. Eyni zamanda Tramp daha qlobal məsələlər barədə düşündüyündən qondarma "erməni soyqırımı"nın tanınması və.s bu kimi məsələlər ön plana çıxmadı". 

A.Nağıyev vurğulayıb ki, regionda istənilən böyük iqtisadi layihələrə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ön plana çəkilməlidir: "Yəni, bu təhdid aradan götürülməlidir. Ona görə də Trampın siyasətində erməni lobbisinə önəm verilmədiyindən Dağlıq Qarabağ münaqişəsi prioritet məsələlərdən ola bilər". 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Beynəlxalq kiberhücum: Şirkətlər İFLİC OLDU

27 İyun 2017 19:53

Autizmli uşağın valideyni olsaydım

27 İyun 2017 19:52

Dostluq etməyi bacarırsınızmı?

27 İyun 2017 19:47

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

27 İyun 2017 19:43

Falçılar necə olur ki, doğru xəbər verirlər?

27 İyun 2017 19:42

Türkiyədə 3 əsgər şəhid oldu

27 İyun 2017 19:42

DİN Lənkəranda baş vermiş silahlı basqınla bağlı məlumat yayıb

27 İyun 2017 19:39

Döyüşdə şalvarını batırdı

27 İyun 2017 19:37

Maaşı 6 milyon funt sterlinq artacaq

27 İyun 2017 19:37

Ən çox neft satan və alan ölkələr - REYTİNQ

27 İyun 2017 19:32

Qalmaqallı model vücudunu göstərdi - FOTO

27 İyun 2017 19:32

2 milyard manatlıq "körpə iqtisadiyyatı” xaricilərin nəzarətindədir

27 İyun 2017 19:32

İşlədiyi şirkətdən qovuldu, milyon dollarlıq biznes qurdu - FOTO

27 İyun 2017 19:27

11 yaşında milyonçu olan qız - FOTO

27 İyun 2017 19:22

Bu 3 sadə komponentdən hazırlanan eliksir möcüzələr törədir

27 İyun 2017 19:22

Görənləri heyrətə salan 21 yaşlı qarı - FOTOLAR

27 İyun 2017 19:18

Hadisə cangüdənlərə əsəbiləşdi - FOTO

27 İyun 2017 19:17

İlan sancan zaman ilk yardım

27 İyun 2017 19:17

Kriştiano Ronaldo ilə azərbaycanlı dostunun görüşü

27 İyun 2017 19:15

Mətanət İsgəndərli Həcc ziyarətindən qayıtdı - FOTO

27 İyun 2017 19:12

Türk milyarder dənizdə ölümlə üz-üzə qaldı - FOTO

27 İyun 2017 19:12

Yorğunluğunuzun 7 əsas səbəbi

27 İyun 2017 19:12

ABŞ Türkiyənin düşməni üçün qapını açıq saxladı

27 İyun 2017 19:08

Polkovnik niyə öldürüldü?

27 İyun 2017 19:05

Daha iki məşhur sevgili oldu

27 İyun 2017 18:57

Ardanı sevgilisiylə öpüşərkən çəkdilər - FOTO

27 İyun 2017 18:57

Milli Məclis üzvünün təklifi Avropa Şurasının həyatında əhəmiyyətli yeniliyi nəzərdə tutur

27 İyun 2017 18:47

Bundesliqadan "Qəbələ"yə gəlir - SON ANDA

27 İyun 2017 18:47

Mehriban Əliyeva məcburi köçkünlər üçün tikilən binanın açılışında

27 İyun 2017 18:44

Bakının mərkəzində "Odlar ölkəsi" adlı estrada ifaçılarının konserti

27 İyun 2017 18:37

Goranboy sakinini ilan sancıb

27 İyun 2017 18:36

Qadın həbsxanasında biabırçılıq - FOTOLAR

27 İyun 2017 18:33

"ABŞ misli görünməmiş hücuma hazırlaşır" - Rusiya

27 İyun 2017 18:32

Səfir Elxan Poluxov etimadnaməsini Braziliya prezidentinə təqdim edib

27 İyun 2017 18:32

72 yaşlı silikonlu Ajda Pekkan səhnədə - FOTO

27 İyun 2017 18:27

General: "2-3 günə İkinci Qarabağ savaşının başlaması gözlənilməz deyil" - VİDEO - FOTOLAR

27 İyun 2017 18:23

Rusiyada insan həyatına 1,2 mln. dollar qiymət qoyuldu

27 İyun 2017 18:22

Köçkün ailələrinə yeni mənzillər verilib

27 İyun 2017 18:19

Kıvanç və Tuba əslində bu seriala çəkilməli idilər

27 İyun 2017 18:12

TAP-ın rəhbərliyi yenidən formalaşdırılıb

27 İyun 2017 18:12

Əlcəzair millisinin üzvü "Differdanj"da

27 İyun 2017 18:12

"Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır"

27 İyun 2017 18:12

Mehriban Əliyeva: “Dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib”

27 İyun 2017 18:07

Qəndab Quliyevanın xəstəxanadan son FOTOLARI yayıldı

27 İyun 2017 18:05

Vettel və Hamiltonun mübahisəli qəzası - Onlar üçün ilk deyildi - VİDEO

27 İyun 2017 18:03

Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert - FOTO

27 İyun 2017 17:57

Azarkeşlər İtaliyanın köklü klubunu satdırır - NECƏ?

27 İyun 2017 17:57

Birinci vitse-prezident məcburi köçkün ailələrinə Masazırda yeni mənzillərin verilməsi mərasimində iştirak edib

27 İyun 2017 17:57

Dənizdə batan şəxslər xilas edildi

27 İyun 2017 17:56

TAP-ın rəhbəri dəyişdi

27 İyun 2017 17:54