Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şahidlər məhkəməyə məcburi gətiriləcəklər

Şahidlər məhkəməyə məcburi gətiriləcəklər

Date: 11 November 2016 16:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı sakininin 3,4 milyon ABŞ dolları məbləğində vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Loğman Abdullayevin, Emin Qasımovun, Ruslan Hacıyevin, Pərviz Rzayevin, Fərhad Tağıyevin, Tural Qasımovun və Gəray Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az report-a istinadən bildirir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Etibar Həmzəyev və Almaz Nəbiyev ifadə verib.
Hər iki şəxs istintaqa verdiyi ifadələrini təsdiqləyiblər. A.Nəbiyev təqsirləndirilən şəxslərdən yalnız L.Abdullayevi tanıdığını söyləyib.

Hakim digər şahidlərin məhkəməyə gəlmədiyini elan edib. Məhkəmə həmin şəxskərin barəsində məcburi gətirilmə ilə bağlı qərarı çıxarıb
Məhkəmənin növbəti iclası 18-də keçiriləcək.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev, G.Abdullayev və T.Qasımov saxlanılıb.
Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T.Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Milli.Az


Tags:  Şahidlər məhkəməyə məcburi gətiriləcəklər

RƏYLƏR


Top news